Azərbaycan para-atleti beynəlxalq turnirdə gümüş medal qazanıb
İdman

Azərbaycan para-atleti beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan para-atleti Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

"Respublika" xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançı F55 kateqoriyası üzrə nüvə itələmə növündə 10.92 metr nəticə göstərib.

Qeyd edək ki, Oloxan Musayev artıq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.