“Qarabağ” komandasının əsas müdafiəçisi “Araz-Naxçıvan”la oyunu buraxa bilər
İdman

“Qarabağ” komandasının əsas müdafiəçisi “Araz-Naxçıvan”la oyunu buraxa bilər

“Qarabağ” komandasının əsas müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının III turunun “Araz-Naxçıvan”la oyununu buraxa bilər.

Ağdam təmsilçisindən “Respublika” ya verilən məlumata görə, Finlandiya HİK-inə qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda (2:1) zədələnən 26 yaşlı futbolçunun durumu ciddi deyil.

Lakin sağ ayağının baş barmağında ağrıları olan oyunçunun çempionat matçında meydana çıxması sual altındadır.

“Qarabağ”ın digər zədəli müdafiəçisi Marko Veşoviç isə müalicəsini Serbiyada davam etdirir. Monteneqrolu futbolçu “Milan” və “Yuventus” kimi məşhur komandaların oyunçuları ilə məşğul olan həkimin nəzarəti altında müalicə alır. Futbolçunun yaxın günlərdə Bakıya gələcəyi gözlənilir.