Azərbaycanın bədii gimnastları Qırğızıstanın paytaxt Bişkek şəhərində keçirilən “Kelechek” adlı beynəlxalq turnirdə iştirak edəcəklər.
"Respublika" xəbər verir ki, Valentina Ukleinanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi bacarıqlarını göstərəcəklər.
Turnir aprelin 12-14 təşkil olunacaq.
Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.