Qarabağ və Şərqi Zəngəzur: İşğaldan azad edilən ərazilərdə əkinçilik və heyvandarlıq bərpa edilir
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzur: İşğaldan azad edilən ərazilərdə əkinçilik və heyvandarlıq bərpa edilir

İşğaldan azad edilən ərazilərdə əkinçilik və heyvandarlıq bərpa edilir

Qarabağ Şərqi Zəngəzura təbiətin şah əsəri bahar novruzgülünün, bənövşənin, meşə çiçəklərinin ləçəklərində, ağacların budaqlarındakı tumurcuqlarda, çəmənlərin şehində, dağların zirvəsinə, dərələrə, yamaclara yayılan dumanın bəyazlığında, quşların cəh-cəhində, zirvələrdə süzən qartalların qanadında gəlib. Könüllərə yeni duyğular, insanlara yüksək əhvali-ruhiyyə gətirib. Şəhidlərimizin qanı ilə suvarılmış bu yerlərdəki daş da, torpaq da, yarpaq da, çiçək dil açıb deyir ki, yaz gəldi, xoş gəldi. Düşmən üzərindəki şanlı qələbənin üçüncü baharı da işğaldan azad edilən torpaqlara quruculuq qayıdış təntənəsi gətirib. Düşmənin xarabalığa çevirdiyi şəhərlər, kəndlər yenidən tikilir, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Sevinclə, şükranlıqla, təzə tər arzularla, yaşamaq eşqi ilə, torpaqları laləzara çevirmək həvəsi ilə, minnətdarlıqla qayıdırlar.

İşğaldan azad edilən torpaqlarda yaz tarla işlərinin aparılması, torpağa düşən hər toxum dənəsi, hər əkilən ağac gələcək ümidləri qat-qat artırır, öz sahiblərinə qovuşan torpaqlar, sözün əsl mənasında cana gəlir. İki il yarım bundan əvvəl mərmilərin partladığı, qanlı döyüşlərin getdiyi torpaqlarda indi traktorların səsi eşidilir, minalardan təmizlənən torpaqlar şumlanır, arata qoyulur, malalanır min bir həvəslə toxum səpilir.

Fərəh qürur hissi ilə qeyd edək ki, ötən 19 il ərzində cənab Prezident İlham Əliyevin siyasətinin əsasını torpaqlarımızın işğalçılardan azad edilməsi, iqtisadi inkişaf, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, yeni texnologiyaların tətbiq edilməsi, etibarlı tərəfdaşlıq, sabitlik, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, gənclər arasında vətənpərvərliyin geniş təbliğ edilməsi, bir sözlə Azərbaycanın dayanıqlı inkişafı təşkil edib. Dünya tarixində müharibədən çıxmış ölkənin dərhal azad edilən ərazilərdə quruculuq işlərinə başlaması nadir hadisədir. Düşmənlərin törətdikləri bütün bu dağıntılara, şəhər kəndlərin yer üzündən silinməsinə, müharibə yaralarının ağırlığına, düşmənin qəddar vəhşiliklərinə, torpaqlarımızın minalarla çirkləndirilməsinə baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə, güclü inam gələcəyə nikbin baxışlarla bildirdi ki, Qarabağ Şərqi Zəngəzur dünyanın ən çiçəklənən dinc bölgəsinə çevrilməlidir! Bu istiqamətdə çox böyük işlərə başlanılıb, tikinti-quruculuq işləri sürətlə keyfiyyətlə aparılır. Qarabağda Şərqi Zəngəzurda nəhəng infrastruktur layihələrin təməlqoyma mərasimləri, istifadəyə hazır olan obyektlərin açılış mərasimləri keçirilir, bir vaxtlar silahların səsi dolaşan, işğalçıların ayaqları altında inildəyən torpaqlara şərəfli yeni bir həyat qayıdır. Qarabağ Şərqi Zəngəzurda təkcə 2022-ci ildə 80-dən çox layihə icra olunur. Dövlətimizin başçısı Qarabağa Şərqi Zəngəzura 40-dan çox səfər edib, təməlqoyma açılış mərasimlərində iştirak edib. Bölgədə kənd təsərrüfatının yenidən qurulmasına inkişaf etdirilməsinə başlanılıb, aqroparklar, iqtisadi zonalar yaradılır, heyvandarlıq kompleksləri tikilir, aqrar sahəyə aid müvafiq infrastruktur qurulur.

Qeyd edək ki, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələr əlverişli iqlim şəraitinə, suvarma suyunun bol olmasına, münbit torpaqlarına görə kənd təsərrüfatı bitkilərinin, o cümlədən taxılçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərdə minalardan təmizlənən torpaq sahələrində əkinçilik işlərinə başlanılıb, həm bu ərazilərdə ilk növbədə taxıl, xüsusilə buğda səpini aparılır.

Mütəxəssislərin qənaətinə görə, azad edilmiş ərazilərdə təxminən 100 min hektar torpağın əkin dövriyyəsinə cəlb edilməsi taxıl məhsullarının yetişdirilməsi istiqamətində hədəflər müəyyən edilib. Bu da gələcəkdə ölkəmizin bu sahədə idxaldan asılılığını azaldacaq, ən yaxşı halda isə minimuma endirəcəkdir. Hesablamalara əsasən, düşməndən azad edilən torpaqlarda 155 min hektar ərazi ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Bu isə o deməkdir ki, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, həmçinin bitkiçilik üzrə hazırkı ölkə kənd təsərrüfatı məhsulları həcminin 8 faizi nisbətində ümumi məhsul istehsalı qeydə alınacaq. Başqa sözlə, bu bölgədə 45 min ton ət, 200 min tondan çox süd istehsalına real şərait yaranacaq. Bu isə ölkəmizdə heyvandarlıq məhsulları ilə bağlı idxalın qarşısını alacaq. Təkcə Ağdam Füzuli rayonları ərazilərində 180 min tondan çox taxıl istehsal edilməsi nəzərdə tutulub, digər kənd təsərrüfatı bitkilərinin əkinləri genişləndiriləcək.

Ölkəmizdə taxılçılığın inkişafı ilk növbədə əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları uğurla icra olunur. Dövlətimizin başçısı İlham Əliyev 2022-ci il iyulun 19-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə güclü təkan verir. Mühüm dövlət sənədində qeyd olunur ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini daha da yüksəldəcək.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Qarabağda Şərqi Zəngəzurda genişmiqyaslı işlər görülür. Belə ki, ötən il buğdanın yüksək məhsuldar yerli sortlarından istifadə edilməklə əkin sahələrinin genişləndirilməsi idxaldan asılılığın azaldılması məqsədilə azad edilmiş ərazilərdə əkin işləri aparılıb. İşğaldan azad olunmuş ərazilərdə əkilən taxıl sahələrinin statistikasına görə Ağdam rayonunda 5,5 min hektar, Cəbrayıl rayonunda 14,8 min hektar, Füzuli rayonunda 3,2 min hektar, Qubadlı rayonunda 14,1 min hektar, Zəngilan rayonunda 7,7 min hektar, Laçın rayonunda 2 min hektar, Xocavənd rayonunda 521 hektar olmaqla, ümumilikdə 48, 7 min hektar əkinəyararlı torpaq sahəsi müəyyən edilib həmin torpaq sahələrinin 38,2 min hektarında payızlıq buğda, 9,6 min hektarında isə arpa əkilib. Bundan əlavə, Zəngilan rayonunda 450 hektar sahədə yazlıq arpa, 400 hektar sahədə yazlıq buğda, 300 hektar sahədə vələmir, 50 hektar sahədə qarğıdalı, Qubadlı rayonunda 290 hektar sahədə yazlıq arpa, 50 hektar sahədə qarğıdalı, Ağdam rayonunda 300 hektar, Cəbrayıl rayonunda 260 hektar, Füzuli rayonunda 12,8 hektar, Xocavənd rayonunda 162 hektar sahədə yazlıq arpa əkini aparılıb. İşğaldan azad edilmiş ərazilərdə ötən il biçinin həyata keçirilməsi üçün ayrılmış 10 ədəd yeni kombayn digər rayonlardan dislokasiya edilmiş 20 ədəd kombayn hesabına 15 min hektara yaxın sahənin biçini təmin edilib, yaxşı məhsuldarlıq əldə olunub.

Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, eləcə vətəndaşların həmin ərazilərdə məskunlaşması imkan yaradacaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı artsın. Dövlətimiz tərəfindən bu məqsədlə həmin ərazilərdə müasir infrastruktur, cəmiyyət üçün sağlam, təhlükəsiz əlverişli şərait yaradılır təmin edilir, davamlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılır. İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi sosial inkişafında tarixi mövqeyi bərpa edilir, yeni iqtisadi zonalar bölgədə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilir ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə çatdırılır. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının gələcək inkişafında kənd təsərrüfatının, heyvandarlığın ərzaq təhlükəsizliyinin inkişaf etdiriliməsi əsas vəzifələrdən birini təşkil edir.

Salman ALIOĞLU,

"Respublika".