Qərbi azərbaycanlıların yurd-yuvalarına qayıdacaqları gün yaxınlaşır
Digər xəbərlər

Qərbi azərbaycanlıların yurd-yuvalarına qayıdacaqları gün yaxınlaşır

Qərbi Azərbaycan soydaşlarımızın min illər boyu sıx şəkildə yaşadıqları coğrafi məkandır burada xalqımızın çox zəngin mədəni-tarixi irsi var.

Tarixə nəzər salsaq, 1747-1827-ci illərdə İrəvan xanlığının Azərbaycanın mərkəzi şəhərlərindən biri olduğunu görərik. 1827-ci il oktyabrın 1- Rusiya-İran müharibəsi gedişində Rus imperiyası İrəvan şəhərini işğal etdi 1917-ci ilə qədər İrəvan Rusiya imperiyasının tərkibində qaldı. Azərbaycanın əzəli torpağı olan İrəvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra çarizm mərhələ-mərhələ xanlığın yerli əhalisi olan azərbaycanlıların deportasiyası xaricdən ermənilərin köçürülməsi hesabına bölgənin etnik tərkibini süni şəkildə dəyişdirməklə erməniləşdirilməsini həyata keçirdi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi İrəvan şəhərini faktiki olaraq Ermənistana bağışladı bu xalqımızın gələcək faciələrinin əsası oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail oldular. 1948-1953- illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə zorakılıqla sürgün olundular. Azərbaycanlıların hüquqları kobudcasına pozuldu, onlara qarşı sərt repressiyalar həyata keçirildi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqları olan Ermənistandan növbəti deportasiyası təşkil edildi beləcə 250 min azərbaycanlı yurd-yuvasından köçkün düşdü. Deportasiyadan sonra erməni mənfurları Qarabağda etnik təmizlənmə soyqırımı siyasətinə başladılar. Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

Azərbaycanın Vətən müharibəsindəki zəfəri nəticəsində xalqımızın öz ata-baba yurdlarına qayıtması üçün mühüm işlər görülür. Ötən il dekabrın 24- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: "Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar". Prezident bildirib ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ Qayıdış Konsepsiyasının hazırlanmasıdır.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayıb: "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə təhlükəsiz şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb".

Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023- ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin sülhün bərqərar olunmasına xidmət edir. Bu il aprelin 7- UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti İnkişaf Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov demişdir: "Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcması ətrafında birləşiblər. İcmanın hazırladığı Qayıdış Konsepsiyasına əsasən, bügünkü Ermənistan ərazisindən zorla deportasiya olunan azərbaycanlıların öz yurd-yuvalarına qayıtması üçün lazımi işlər görülür".

Qərbi azərbaycanlıların öz yurd-yuvalarına dönəcəkləri gün yaxındadır. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə xalqımız qısa zamanda öz torpaqlarına qayıdacaq.

Nəzrin CAVADZADƏ,

"Respublika".