Ulu Öndərin 100 illiyi ilə əlaqədar meyvə bağı salınıb
Digər xəbərlər

Ulu Öndərin 100 illiyi ilə əlaqədar meyvə bağı salınıb

Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində tikintisi yekunlaşmaqda olan 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstansiyası "AzərEnerji" tərəfindən işğaldan azad olunan ərazilərdə tikilən ən böyük enerji obyekti olmaqla bərabər, həm ətraf mühitə xüsusi töhfə verən enerji obyekti olması ilə fərqlənəcək.

Belə ki, "Cəbrayıl" Enerji Qovşağının ətrafında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq irimiqyaslı ağacəkmə bağsalma aksiyası keçirilib. Ermənilər tərəfindən xarabalığa çevrilən Cəbrayılda 15 min ədəd xurma zeytun ağacı əkilib. Xüsusi damlama sistemi qurulub, artezian vurulub, 200 kubmetr su hovuzu su nasos stansiyası tikilib.

Ulu öndərin yaşıllaşdırma ənənəsinə sadiq qalmaq məqsədilə həyata keçirilən ağacəkmə aksiyasının həm böyük qayıdışla bilavasitə bağlılığı var. Xüsusi olaraq qeyd edək ki, 16 hektar ərazidə 14 min ədədi xurma ağacından ibarət böyük meyvə bağı bərabər şəkildə burada işləyəcək əməkdaşlar arasında bölünəcək.

Onu da nəzərinizə çatdıraq ki, "Cəbrayıl" Enerji Qovşağında 16 əməkdaş çalışacaq ki, onların da hamısı məhz cəbrayıllılardır. Böyük Qayıdış siyasətinə uyğun olaraq 16 cəbrayıllının burada işi yarımstansiyanın inzibati binasında qalmaq yeri ilə yanaşı, həm hər birinin bir hektarlıq meyvə bağı da olacaq.

Xatırladaq ki, "AzərEnerji" tərəfindən bu günə kimi işğaldan azad edilən ərazilərdə 25-ə yaxın enerji obyekti tikilib 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq öz rayonunda işlə təmin edilib.

"Respublika".