Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevdən
Məktublar

Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə qazandığınız inamlı qələbə ümumxalq etimadının və Azərbaycan dövlətinin fəaliyyətinin bütün sahələrinin hərtərəfli inkişafına, ölkənizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, regional və qlobal təhlükəsizliyin təminatına yönələn kursun parlaq sübutudur.

Qırğızıstanla Azərbaycanı çoxəsrlik sıx dostluq telləri bağlayır. Bizim dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Biz Qırğızıstan-Azərbaycan hərtərəfli əməkdaşlığının genişlənməsinə Sizin şəxsi töhfənizi yüksək dəyərləndiririk.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə birgə səylərimiz bundan sonra da qardaş xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhə, təhlükəsizliyə və tərəqqiyə kömək edəcək.

Möhtərəm Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar və nailiyyətlər, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edim.

Dərin hörmətlə,

Kamçıbek TAŞİYEV,

Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini,

Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri.