Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Məktublar

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan sosial və iqtisadi sahələrdə yeni zirvələrə çatmışdır, həmçinin beynəlxalq arenada nüfuzunun daha da artması istiqamətində inamla irəliləməkdə davam edir.

Biz Türkmənistan və Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Türkmənistan-Azərbaycan əməkdaşlığının daha yüksək səviyyəyə qaldırılması üçün bundan sonra da Sizinlə birlikdə hərtərəfli səylər göstərməyə hazır olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.

Dərin hörmətlə,

Sərdar BERDİMƏHƏMMƏDOV,

Türkmənistanın Prezidenti.