Qoşulmama Hərəkatı Parlament  Şəbəkəsinə İƏT Parlament İttifaqı yanında müşahidəçi statusu verildi
Digər xəbərlər

Qoşulmama Hərəkatı Parlament  Şəbəkəsinə İƏT Parlament İttifaqı yanında müşahidəçi statusu verildi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.

Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Parlament İttifaqının baş katibi Muhammed Xurayçi Niyass sözügedən məsələyə dair anlaşma memorandumunu imzalayıblar.