Rusiya Federal Məclisinin Federasiya Şurasında Ulu Öndərin yubileyinə həsr olunmuş sərgi açılıb
Siyasət

Rusiya Federal Məclisinin Federasiya Şurasında Ulu Öndərin yubileyinə həsr olunmuş sərgi açılıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti mayın 15- Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Heydər Əliyev Fondunun dəstəyi ilə Ümummilli Liderin 100 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasiminə qatılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatları, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri digər rəsmi şəxslər iştirak ediblər.

Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, mərasimi açan Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Sahibə Qafarova Azərbaycanın müasir tarixinin bir qərinədən çoxunun milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə - adını ölkəmizin tarixinə əbədi yazdırmış, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlı olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi həm sovet dövründə, həm Azərbaycanın ən taleyüklü məqamlarında özünü qabarıq şəkildə göstərib. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra həyatın bütün sahələrində idarəetmə vektoru köklü surətdə dəyişib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq, bir-birinin maraqlarına hörmət daxili işlərinə qarışmamaq kimi möhkəm təməllərə əsaslanan hərtərəfli münasibətlərin inkişafında möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz rolu xüsusi qeyd edilib. Diqqətə çatdırılıb ki, dövlətlərimiz arasında tarixi dostluq mehriban qonşuluq ənənələri, dərin əlaqələr, siyasi dialoq, humanitar əməkdaşlıq indi dövlət başçıları İlham Əliyevin Vladimir Putinin yorulmaz səyləri nəticəsində dinamik inkişaf etməkdədir.

Vurğulanıb ki, Heydər Əliyevin tarixi proqnozu bu gün artıq gerçəkləşib, işğaldan azad edilmiş ərazilərdə hazırda sürətli bərpa işləri aparılır, genişmiqyaslı infrastruktur layihələri icra olunur.

Tədbirin bədii hissəsində uşaqlar Azərbaycan rus dillərində Ulu Öndər Heydər Əliyevin sevdiyi şeirlərdən parçaları səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təkbətək görüşü olub.

Görüşdə qeyd olunub ki, Rusiyada keçirilən tədbirlər bu dahi şəxsiyyətin necə böyük bir zirvəni fəth etdiyini göstərir.

Söhbət zamanı Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin hazırkı vəziyyəti inkişaf perspektivləri, həmçinin tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.