Rusiya MN nümayəndə heyəti İrəvana səfər edəcək
Siyasət

Rusiya MN nümayəndə heyəti İrəvana səfər edəcək

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək.

"Respublika" xəbər verir ki, səfər rus sülhməramlı kontingentinin Qarabağdan çıxışını müzakirə etmək məqsədi daşıyır.

Qeyd edək ki, Rusiya MN rəhbərliyi Qarabağdan çıxarılacaq sülhməramlı heyətin Gümrüdə yerləşən hərbi bazaya yerləşdirmək üçün Ermənistan tərəfi ilə danışıqlar aparır.

Röya RÜSTƏMLİ,

"Respublika".