Rusiyanın Stavropol diyarında
Dünya xəbərləri

Rusiyanın Stavropol diyarında "Tu-22M3" bombardmançısı qəzaya uğrayıb

Rusiyanın "Tu-22M3" bombardımançı təyyarəsi Stavropol diyarında qəzaya uğradyıb.

“Respublika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Stavropol diyarında döyüş tapşırığını yerinə yetirdikdən sonra hərbi aviabazaya qayıdarkən Rusiyanın Hava-Kosmik Qüvvələrinə məxsus “Tu-22M3” bombardmançısı qəzaya uğrayıb”,- deyə nazirlik bildirib.

4 nəfərlik ekipajın olduğu təyyarədə 3 pilot xilas edildiyi halda, digər bir nəfərin axtarışları davam etdirilir.

Açıqlamda bildirilib ki, təyyarənin düşdüyü yerdə heç bir dağıntı olmayıb. İlkin məlumatlara görə, qəzaya texniki nasazlıq səbəb olub.

Musa Bağırlı,

“Respublika”.