Sahibkarlar üçün maarifləndirici tədbiri
İQTİSADİYYAT

Sahibkarlar üçün maarifləndirici tədbiri

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində aparılan maarifləndirmə işləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir. Növbəti belə görüş Şəki-Zaqatala iqtisadi rayonunda  fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.

Tədbirdə istehlakçı hüquqlarının qorunması sahəsində sahibkarların hüquq və vəzifələri diqqətə çatdırılıb,  sahibkarlara istehlak bazarında nəzarət sahələri və istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bundan əlavə, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb.

“Respublika”.