Şarl Mişel Aİ Şurasının prezidenti vəzifəsini vaxtından əvvəl tərk edəcək
Dünya xəbərləri

Şarl Mişel Aİ Şurasının prezidenti vəzifəsini vaxtından əvvəl tərk edəcək

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk etməyi və Avropa Parlamentinə seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır.

"Respublika" xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Mişelin Avropa İttifaqı Şurasının prezidenti kimi mandatı 2024-cü ilin noyabrında başa çatır. O, jurnalistlərə bildirib ki, Avropa İttifaqı Şurası və parlamentdəki işini eyni anda apara bilməz. Buna görə də iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir.