Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ olub.
"Respublika" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 10:36-da baş verən təkanların ocağı yerin yeddi kilometr dərinliyində qeydə alınıb.
Zəlzələnin yarada biləcəyi fəsadlarla bağlı məlumat verilmir.