“Səbail” klubu yeni ildə ilk məşqinə çıxıb
İdman

“Səbail” klubu yeni ildə ilk məşqinə çıxıb

“Səbail” futbol klubu Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.

Klubdan "Respublika"ya verilən məlumata görə, kollektiv baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.

“Dənizçilər” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qonşu ölkədə iki yoxlama oyununda öz gücünü sınayacaq.

Komandanın rəqibləri Rumıniya Superliqasında çıxış edən “Universitatya” və Rusiya Premyer Liqasında mübarizə aparan “Fakel” klubları olacaq. Matçlar müvafiq olaraq, yanvarın 12-si və 15-də keçiriləcək.