Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Hüquqi aktlar

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Bəhmənov Habil Xanoğlan oğlu,

Hacıyev Pərviz Vaqif oğlu,

Həşimov Yaşar Xanoğlan oğlu,

Hüseynov Fikrət Cilingir oğlu.

2. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilsinlər:

 

Abdullayev İlkin Qismət oğlu,

Allahyarov Zaur Mirzağa oğlu,

Bağırov Məhəmməd Ənvər oğlu.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin sədri.

Bakı şəhəri, 5 aprel 2024-cü il.