SOCAR-ın 2023-cü ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri
İQTİSADİYYAT

SOCAR-ın 2023-cü ilin 1-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri

Dünya iqtisadiyyatının sürətli transformasiyası və enerji bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin 1-ci rübünü uğurla başa vurmağa nail olub.  SOCAR-ınmətbuat xidmətinin 29.04.2023-cü il tarixli  məlumatında bildirilir  ki, cari ilin birinci rübündə SOCAR tərəfindən  20 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da qaz hasilatında əvvəlki illə müqayisədə 15% artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,7 milyon tondan çox neft və 12,2 milyard kubmetrə yaxın qaz hasil edilib. Ümumilikdə ölkə üzrə qaz hasilatı 3% artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 581 milyon kubmetr təbii qaz ixrac olunub. SOCAR-ın dünya bazarına ixrac etdiyi neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,2% artıb. Ümumilikdə isə ölkə üzrə 6,4 milyon tondan çox neft, 6,3 milyard kub metrdən  artıq qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 % artım qeydə alınıb.