Kollektor-drenaj şəbəkələri lildən təmizlənib 
İQTİSADİYYAT

Kollektor-drenaj şəbəkələri lildən təmizlənib 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki,ölkə ərazisində meliorativ tədbirlərin doğru zamanda aparılması nəticəsində torpaqların münbitliyi hər keçən il artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə də müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir. Şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilir. Hazırda bu istiqamətdə Sumqayıt Melioservis İdarəsi tərəfindən Xızı rayonu ərazisində müvafiq işlər həyata keçrilir. Rayon ərazisindən keçən və uzunluğu 20 kilometr  olan kollektor şəbəkəsi idarənin texnikaları vasitəsi ilə lildən təmizlənir. İdarə bu işləri bir-neçə istiqamətdə davam etdirir.

         Nəriman CAVADOV,

         “Respublika”.