Söyüdlü kənd sakinlərinin tibbi müayinələri aparılır
Digər xəbərlər

Söyüdlü kənd sakinlərinin tibbi müayinələri aparılır

Səhiyyə orqanları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə kənd sakinlərinin tibbi müayinələri təşkil edilib.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası Söyüdlü tibb məntəqəsində kənd sakinlərini tibbi müayinələrdən keçirir. Həkim briqadası terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs laborator xidmətlər üzrə mütəxəssislərdən ibarətdir

30 nəfərədək vətəndaş müayinədən keçmək üçün müraciət edib. Onların hər biri zəruri laborator instrumental müayinələrdən keçirilib. Kənd sakinlərində xüsusi patologiyalar aşkar olunmayıb.

"Respublika".