Srebrenitsa qətliamı - Avropa müsəlmanlarının soyqırımında Fransa izləri
Tarix

Srebrenitsa qətliamı - Avropa müsəlmanlarının soyqırımında Fransa izləri

Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı Bosniyadakı serb silahlılarının 1995-ci ilin iyulunda 8300-dən çox bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirdiyi Srebrenitsa soyqırımından 28 il ötür.

“Respublika”ya açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Srebrenitsa soyqırımını insanlığa sığmayan, haqq qazandırılması əsla mümkün olmayan qətliam adlandırıb: “Srebrenitsa soyqırımı II Dünya müharibəsindən sonra Avropada törədilən ən irimiqyaslı qətliam idi. Soyqırımı aktında Fransa aktiv iştirak edib”.

Zaur Əliyev Srebrenitsa əməliyyatlarının birbaşa fransız kəşfiyyatı tərəfindən hazırlandığını diqqətə çatdırıb: “Bu soyqırımı aktında serb qüvvələrin yanında olan, onlara hərtərəfli dəstək göstərən ölkələrdən biri də Fransa idi. Bir neçə il öncə Belarusda  fransız kəşfiyyatçılarından birinin xatirələrini dərc ediblər və o, etiraf edib ki, Srebrenitsada bütün əməliyyatı fransız kəşfiyyatı hazırlayıb. Onun sözlərinə görə, xüsusən də düşərgədəki edamlar fransızların nəzarəti altında icra edilib. Çünki serblərdən başqa muzdlular da var idi. Səbəbi də belə idi - guya müsəlmanlardan biri mühafizəçinin əlindən silah alıb və bundan sonra atışma başlayıb. Aparılan tədqiqatlar zamanı kütləvi qətliamların baş verdiyi ərazidə Fransada istehsal olunan silahların gilzləri tapılmışdı ki, bu silahlar Fransa Müdafiə Nazirliyinin hərbi bazalarından təqdim edilmişdi”.

“Bu soyqırım hadisəsini araşdıran Florens Hartmani adlı müəllif əsərində məxfi sənədlərə istinad edərək yazır: Fransa Prezidenti Jak Şirak soyqırımdan üç gün öncə Amerika prezidenti Bill Klintona xəbər göndərib ki,  onlar Srebrenitsada planlaşdırılan qanlı faciənin qarşısını ala bilərlər, lakin şərtləri var. Bu şərtlərdən biri də hollandların bu ərazidən çıxıb getməsi idi. Lakin Jak Şirak müsbət cavab almadıqda dəhşətli qətlliamın nəinki qarşısını aldı, hətta orda olan serblərin silahla təmin edilməsinə tapşırıq verdi. Digər şərtlərdən biri də Fransa Əlcəzair və digər müsəlman dövlətlərinin milli kimlikdən və İslamdan imtina edərək, Fransa təbəəliyini qəbul etməsindən ibarət idi. Bu Fransanın açıq şəkildə soyqırımı siyasəti idi” – dey, tarixçi bildirib.  

Zaur Əliyevin sözlərinə görə, klassik müstəmləkə ölkəsi olan Fransanın XVII-XX əsrlərdə planetin bir çox bölgələrində ərazilər zəbt etdiyi tarixdən məlumdur: “Şimali, Mərkəzi Amerika, Asiya, Asiya Sakit Okean, Afrikada Fransa dövlətinin müstəmləkəsi olan böyük ərazilər mövcud olub. Fransanın müstəmləkə işğalları zamanı ən böyük ölçüdə insan qırğınları Afrika qitəsində baş verib. Afrikanın demək olar ki, yarısı XIX əsrdə fransızlar tərəfindən işğal olunub, müqavimət göstərən 10 minlərlə insan öldürülüb. Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Niger, Seneqal, Tunis, o cümlə-dən Suriya, Livan və nəhayət, Əlcəzair Fransa tərəfindən işğal olunan ərazilər idi. Bu bir daha sübut edir ki, Fransa dünyada soyqırımı və teror törədən tərəfdədir və mütləq dünya bu faktları görməlidir”.

Nurlan ABDALOV,

“Respublika”.