Sülh danışıqlarının növbəti mərhələsindən nə gözlənilir...
Digər xəbərlər

Sülh danışıqlarının növbəti mərhələsindən nə gözlənilir...

Bildiyimiz kimi, mayın 2- Vaşinqtonda Azərbaycan Ermənistan XİN başçıları müşahidə qrupu ilə birgə iki üçtərəfli görüşlər keçirilib. Görüş zamanı Ceyhun Bayramov Ararat Mirzoyan arasında sülh gələcəklə bağlı bir sıra məsələlər müzakirə olunub. Növbəti görüş mayın 14- Brüsseldə, 19-da isə Moskvada baş tutacaq. Bundan əvvəl həmin şəhərlərdə keçirilən görüşlər sülhlə bağlı nəticə alınmamışdı. Növbəti görüşdə isə müzakirələrin hansı aspektdə davam edəcəyi haqqında hələ ki dəqiq bir məlumat yoxdur. Deputat Arzu Nağıyev bildirir ki, danışıqlar bir neçə müstəvidə gedir: "ABŞ, Avropa, eyni zamanda Rusiya müstəvisində bu danışıqlar aparılır. ABŞ-ın Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin iştirakı ilə keçirilən, həm ayrı-ayrı baş tutan görüşlərdə nəzərdə tutulmuşdu ki, görüş Moskva müstəvisində olsun.

Ermənilər, ümumiyyətlə sülh müqaviləsinin imzalanmasını istəmir, siyasi gedişlər edirlər. Ona görə , düşünürəm ki, Moskva görüşünə ehtiyac var. Çünki regionda baş verən hadisələr Rusiya ilə sıx əlaqədardır. Ona görə həmin razılaşdırılmamış məqamlara məhz Moskvada aydınlıq gətirilməsi labüddür. Son təxribatlar, sərhəddə baş verən hadisələr onu göstərdi ki, heç ermənilər sülh müqaviləsinin imzalanmasına tələsmirlər. Çünki regiona qanunsuz silahların daşınmasının qarşısının alınması, eyni zamanda sərhəddə Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması onları qane etmir. Çünki artıq silah-sursat daşıya bilmirlər. Buna görə nəyin bahasına olursa-olsun Qarabağda sülh bərqərar olunmalıdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasını təkid tələb edir. Ona görə Moskva görüşündən bir sıra gözləntilər var, çünki Rusiyanın sülhməramlı qüvvələri regiondadır, eyni zamanda Ermənistan Kollektiv Təhkükəsizlik Müqabiləsi Təşkilatının üzvüdür. Həmçinin Rusiya Ermənistana təsir edə bilər. Düşünürəm ki, bu görüşdən müəyyən gözləntilər olmalıdır. Bu gözlənti müddəaların razılaşdırılması təbii ki, sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıra bilər. Burada əsas məsələ məhz ermənilərin mövqeyindən aslıdır. Əks halda zərər ziyan çəkən elə onların özləri olacaqdır".

Töhfə SƏMƏDOVA,

"Respublika".