Talış kəndində özünüməşğulluq proqramına cəlb edilən sakinlərə aktivlər verilərək kiçik təsərrüfatları yaradılıb
Sosial həyat

Talış kəndində özünüməşğulluq proqramına cəlb edilən sakinlərə aktivlər verilərək kiçik təsərrüfatları yaradılıb

Media nümayəndələrinin aktivlərlə təminat prosesi ilə tanışlığı üçün mediatur təşkil olunub

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində sakinlərin məşğulluğunun təminatı işləri aparılır.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən Talış kənd sakinlərindən 7 nəfəri mal materiallar formasında aktivlər təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, verilmiş aktivlər hesabına onlar maldarlıq üzrə təsərrüfatlarını yaradıblar. Daha iki kənd sakini yaxın günlərdə arıçılıq qəssablıq fəaliyyət istiqamətləri üzrə aktivlərlə təmin ediləcək. Media nümayəndələrinin həmin kənddə aktivlərlə təminat prosesi ilə tanışlığı üçün mediatur təşkil olunub.

Qeyd olunub ki, Talış kəndinə köçürülən ailələrin hər biri ilə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri görüşlər keçirib təhlillər aparıb. Kənd sakinlərindən 44 nəfər agentlik tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 29 nəfər qurumun dəstəyi ilə işlə təmin olunub. Daha bir qrup sakinin məşğulluğunun təminatı üçün işlər davam edir.

Kənddə özünüməşğulluq proqramına cəlb olunan sakinlər üçün ilk mərhələdə Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə biznes təlimlər təşkil edilib.

Ərazidə fəaliyyət göstərən müəssisələr müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Həmin işəgötürənlərlə "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı üzrə əməkdaşlıq edilməsi üçün işlər aparılır. Həmin proqrama cəlb olunacaq sakinlərin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək bununla proqram sakinlərin məşğulluğu ilə yanaşı, ərazidəki işəgötürənlərə dəstək olacaq.

Eləcə kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnməsi üçün onlar üçün peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulub.