Əzəli və əbədi torpaqlarımız abad yurd yerlərinə çevrilir
Sosial həyat

Əzəli və əbədi torpaqlarımız abad yurd yerlərinə çevrilir

30 illik işğala cəmi 44 gün ərzində son qoyan, ərazilərini birər-birər düşmən işğalından azad edən Azərbaycan Vətən müharibəsindən sonra tarixi torpaqlarında yenidənqurma işlərinə başladı. İşğalçı ölkənin yer üzündən sildiyi ərazilərin bərpası, bu yerlərin əvvəlki görkəminə qaytarılması üçün dövlətimiz bütün gücünü ortaya qoydu. Müharibədən keçən qısa zaman kəsiyində görülən işlərin geniş vüsət alması, işğaldan azad olunmuş şəhər və kəndlərə yerli əhalinin mərhələli şəkildə qayıdışı ölkəmizin iqtisadi gücünün, dövlət başçısının uzaqgörən siyasətinin nəticəsidir.

Tarix boyu öz torpaqları olmayan, dünyanın dörd bir tərəfinə səpələnən ermənilərin saxtakarlığı, hiyləgərliyi hər kəsə bəllidir. Əzəli Azərbaycan torpaqlarında özünə dövlət quran, sonradan bu yerlərin sahibi olduğunu bütün dünyaya car çəkən haylar tarixin müxtəlif dönəmlərində xalqımızı min bir əzab-əziyyətə düçar etmiş, soydaşlarımızı doğma yurd yerlərindən didərgin salmış, kütləvi qırğınlara, deportasiyalara məruz qoymuşlar. Özgə torpaqlarını özünə vətən edən ermənilər xalqımıza məxsus qədim abidələri, maddi-mədəni irsi məhv etməklə Azərbaycan adını bu yerlərdən silmək, tarixi saxtalaşdıraraq özününküləşdirmək üçün cilddən-cildə girmiş, "məzlum, yazıq" xalq olduqlarına dünyanı inandırmağı bacarmışlar. Lakin barbar, vandal, kökü bilinməyən bu toplumun vəhşilik, dağıdıcılıq xüsusiyyətləri onun genefondundan qaynaqlanır. Uzun illər işğal altında saxladıqları torpaqlarımızın vəziyyəti düşmənin qaniçən, humanistlikdən, insanlıqdan xəbərsiz olduğunun isbatıdır. İslamofob, türkofob meyillərini dövlət siyasətinə çevirən Ermənistanın 30 il işğalda saxladığı torpaqlarımızın hər qarışında qatı düşmənçiliyin, xəbisliyin, alçaq niyyətin təzahürləri görünür. Azərbaycanın qədim tarixinə, mədəniyyətinə, incəsənətinə həsəd aparan, hər fürsətdə onu öz adına çıxmağa çalışan düşmənin mədəni irsimizi məhv etməyə hesablanmış əməlləri artıq bütün dünyaya bəllidir. Müqəddəs yerlərimizi tövləyə çevirməklə islamofob meyillərini ifrat dərəcədə nümayiş etdirən ermənilər vəhşi qəbilə olduqlarını özləri sübuta yetiriblər. Başqa xalqa, millətə aid olan hər nə varsa mənimsəmək və onu öz adına çıxmaqla dünyaya yalan satan ermənilərin işğal etdiyi ərazilərdə ətraf mühitə, təbiətə qəddarlıqla yanaşması, meşə fondumuzu tamamilə məhv etməsi, ekosid, urbisid həyata keçirməsi, əslində bu vəhşi qəbilənin öz torpaqlarında yaşamadıqlarının isbatıdır. Çünki insan qurub-yaratdığı heç bir şeyi məhv edə, dağıda, yandıra bilməz.

Qurub-yaratmaq, torpağı yurd, vətən etmək üçün onu əkib-becərməyin gərəkliyi bizə ulularımızdan miras qalıb. Xalqımızın ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında el ağsaqqalı Dədə Qorqudun "Torpağı əkib-becərmədinsə qorumağa dəyməz, Torpağı qoruya bilmədinsə əkib-becərməyə dəyməz..." kimi daş kitabələrimizdən süzülüb gələn bu hikmətli kəlamlar xalqımızın kimliyinin təsdiqidir. Əzm, qətiyyət nümayiş etdirərək düşmənə diz çökdürən, müharibə bitər-bitməz quruculuq işlərinə başlayan, viran qoyulmuş yerlərin laləzara çevrilməsi üçün səfərbər olan bu xalqın ululuğunun, yurdsevərliyinin, sülhpərvərliyinin nümunəsidir. Ərazilərinin bütövlüyü uğrunda apardığı müharibədə heç bir ölkədən yardım almayan, vətəndaşlarının doğma yurd yerlərinə böyük qayıdışını reallaşdıran bir dövlətin gücünün, qüdrətinin nümayişidir. 30 il öncə isti yuvasından, elindən-obasından didərgin düşən, məcburi köçkün olan vətəndaşının taleyinə biganə qalmayan, ona daha rahat, firavan həyat bəxş edən dövlətin humanistliyinin təzahürüdür.

Bu gün işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülür. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün məqsədyönlü fəaliyyət aparılır. 2030-cu ilədək beş Milli Prioritetdən biri kimi müəyyən edilən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış sürətlə reallaşdırılır. Artıq yurd yerlərimizə üz tutan köç karvanlarının sayı və dinamikliyi artır. Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış Laçında davam edir. Yenidən qurulan Laçın şəhəri bu günlərdə yerli sakinlərinin bir qrupunu da qarşılayıb. 40 nəfərdən ibarət daha 10 ailənin yurd həsrətinə son qoyulub. Bununla da, Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Bəli, düşməndən geri alınan torpaqlarımız azad, abad yurd yerlərinə çevrilir…

Mehparə ƏLİYEVA,

"Respublika".