Tarix Muzeyi ATB İşgüzar Tədbirlər Sənayesi Alyansına qoşulma imkanı əldə edib
Digər xəbərlər

Tarix Muzeyi ATB İşgüzar Tədbirlər Sənayesi Alyansına qoşulma imkanı əldə edib

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunda (ATB) Milli Azərbaycan Tarixi Muzeyi (MATM) ilə turizm əməkdaşlığına dair görüş keçirilib.

 “Respublikaxəbər verir ki, muzeyin direktor müavini dosent Məhfuzə Zeynalova, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, Turizm sənayesi sektorunun müdiri Tural İbrahimov və digər əməkdaşların iştirak etdikləri görüşdə muzeyin yeni məlumatlarının tez bir zamanda ictimaiyyətə çatdırılması ilə bağlı danışıqlar aparılıb.

Həmçinin mükəmməl infrastruktura malik Milli Azərbaycan Tarixi Muzeyində korporativ işgüzar tədbirlərin keçirilməsi və bu sahədə fəaliyyət göstərən tərəfdaşlarla yaxından çalışmaq məqsədilə növbəti görüşlərin keçirilməsi planlaşdırılıb. Bu məqsədlə muzey ilk dəfə olaraq ATB İşgüzar Tədbirlər Sənayesi Alyansına qoşulma imkanı əldə edib.

Görüşdə əməkdaşlıq çərçivəsində birgə həyata keçiriləcək layihələr geniş müzakirə olunub.