TBMM-in sədri: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi həm Azərbaycana, həm də Türk dünyasına böyük vədlər verir
Digər xəbərlər

TBMM-in sədri: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi həm Azərbaycana, həm də Türk dünyasına böyük vədlər verir

Türkiyə uzun illər Asiya Parlament Assambleyasına (APA) sədrlik edib. Hazırda sədrlik Azərbaycana keçib, bu münasibətlə təbriklərimi çatdırıram. Azərbaycan Milli Məclisi APA-ya sədrliyi layiqincə həyata keçirəcək, buna heç bir şübhəmiz yoxdur.

"Respublika" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Nurman Kurtulmuş Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.

Prezident İlham Əliyevin Türkiyə səfərinə və ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Numan Kurtulmuş qeyd edib: “İki qardaş ölkə arasında münasibətlər mükəmməl şəkildədir, əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Münasibətlərin inkişafı nəticəsində hər iki ölkədə rifah daha da yaxşılaşacaq. Fürsətdən istifadə edərək TBMM-in adından Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Hesab edirik ki, böyük Qarabağ Zəfərindən sonra bu qələbə də həm Azərbaycan xalqına, həm də Türk dünyasına böyük vədlər verir".