Tələblərində əzmli ekofəallar
Digər xəbərlər

Tələblərində əzmli ekofəallar

Azərbaycanlı ekofəalların könüllülərin Laçın-Xankəndi yolundakı Rusiya sülhməramlı kontingentinin postu yaxınlığında keçirdiyi etiraz aksiyası iki aydan çoxdur ki, davam edir. Dinc etirazçılar böyük dözüm iradə nümayiş etdirirlər.

Qeyd edək ki, Laçın yolu ilə bağlı mübahisə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə ermənilər tərəfindən faydalı qazıntıların işlənməsi ixracı ilə bağlı yaranıb. Ekofəallar Azərbaycanın onun nəzarəti olmadan bölgədə aparılan "qeyri-leqal" fəaliyyətin monitorinqinin aparılmasını tələb edirlər. Etiraz aksiyası azərbaycanlı fəallar ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Etiraz aksiyası ilə bağlı ermənilərin yalan saxta informasiya yaymaları, bəzi ölkələrin qərəzli münasibəti əsl reallığı əks etdirmir. Dünyada erməni yalanlarına inananlar, eyni zamanda həmin yalanları ifşa edənlər var. Haqlı haqsız arasında gedən mübarizə Xankəndidə ətraf ərazilərdə yaşayan erməniləri sual qarşısında qoyub: hara üz tutmalı, yenidən səfalətə, kasıbçılığa, yoxsa yüksək həyat şəraitinə, işıqlı gələcəyə?!

Dünyada məşhur olan "Foreign policy" nəşrində dərc olunan "Laçın dəhlizində baş verənlər haqqında həqiqət" adlı məqalədə etiraz aksiyası barədə məlumat verilib ermənilərin yalanları ifşa olunub. Həmin məqalədə erməni fəalların son günlər azərbaycanlı ekoloqların könüllülərin Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirməsi ilə bağlı kifayət qədər əsassız çıxışlar etdikləri bildirilib. Ermənilərin iddiaları doğrudurmu? Xankəndidə ətraf ərazilərdə həqiqətən humanitar böhran varmı? Nəşr qeyd edir ki, bütün bu sualların cavabı xeyrdir. Yəni ermənilərin səsləndirdiyi iddialar tamamilə yalandır, Qarabağda yaşayan ermənilər blokadada deyil. Etirazların məqsədi ərazidəki yerli erməni sakinləri üçün humanitar böhrana səbəb olmaq deyil. Faktiki olaraq 2022-ci il dekabrın 12-dən indiyədək Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə ümumilikdə mindən çox avtomobil keçib. Bu maşınlardan böyük əksəriyyəti Rusiya sülhməramlılarına, 50-dən çoxu Beynəlxalq Qızıl Xaç Komitəsinin təcili yardım maşınlarına, yerdə qalanları isə yerli erməni sakinlərə məxsus olub. Etiraz aksiyası keçirilən ərazi Rusiya sülhməramlılarının nəzarəti altındadır onlar son vaxtlar yalnız mina, hərbi sursat silahların daşınmasına qadağa qoyublar. Beləliklə, Azərbaycanı ərazini blokadada saxlamaqda humanitar böhrana səbəb olmaqda ittiham etmək düzgün deyil, humanitar yüklər problemsiz heç bir maneə olmadan daşınır.

Son iki yüz ildə millətçilik şovinizm, erməni cəmiyyətində hökm sürən faşist ideologiyası erməniliyi çox pis virusa yoluxdurub, bax, həmin xəstə ideyalar erməniləri sağlam düşünməyə imkan vermir. "Pew" Araşdırma Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğu göstərib ki, ermənilərin 84 faizi öz mədəniyyətlərinin digər xalqların, xüsusən qonşu Azərbaycan xalqının mədəniyyətindən üstün olduğuna inanır.

İki əsrdən çoxdur ki, torpaqlarımıza köçürülən, bu yerlərdə həyat quran, xeyirxah azərbaycanlıların köməyindən bəhrələnən ermənilər özlərini azərbaycanlılardan "qədim tarixə" "üstün mədəniyyətə" malik olan irq kimi göstərməyə çalışırlar. Bu, əsl nankorluq, riyakarlıq paxıllıqdır. Qarabağın ən gözəl yerlərində yaşayan ermənilərin çörəyini yediyi, suyunu içdiyi torpağa xəyanəti, azərbaycanlılara qarşı törətdikləri cinayətlər onların şikəst xəbis xislətindən xəbər verir. Ermənilər anlamalıdır ki, əbədi qarşıdurmadan, səfalətdən, düşmənçilikdən xilas olmaq üçün Azərbaycanla sülh sazişi imzalanmalıdır. Başqa yol qalmayıb, əbədi düşmənçilik erməni xalqını hələ çox bəlalara düçar edəcək. Zəhərli ideyalarla azərbaycanlılara qarşı nifrət qəddarlıq nümayiş etdirən Ermənistan onun "güclü ordusu" müzəffər Silahlı Qüvvələrimiz tərəfindən məhv edilib, düşmən öz cəzasını alıb, işğalçılar torpaqlarımızdan qovulub. Ermənilər bu tarixi həqiqəti qəbul etməlidirlər. Xankəndi ətraf ərazilər qədim Azərbaycan torpaqlarıdır ermənilər bu yerlərə gəlmədirlər, onların kökü bu torpaqda deyil. Təbiətin adi bir qanunu var, köksüz ağac tez yıxılır.

Erməni "ideoloq"ları Xankəndidə yaşayan erməniləri oyuncaq "respublika" yalanı ilə aldadırlar. Unudurlar ki, bu oyuncaq, xunta rejimini dünya tanımır qəbul etmir. Çünki bu ərazilər Azərbaycana məxsusdur. Xankəndi ətraf ərazilərdə yaşayan erməniləri xilas etməyə gələn "xilaskar" R.Vardanyan qəfil gəldiyi kimi, qəflətən yoxa çıxdı.

Salman ALIOĞLU,

"Respublika".