Tərtər: abadlıq-quruculuq
Region

Tərtər: abadlıq-quruculuq

Ötən il rayonda tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilib. Heydər Əliyev Fondunun hesabına Tərtər şəhər 5 saylı və Azad Qaraqoyunlu kəndində 320 yerlik tam orta məktəblər üçün yeni məktəb binaları tikilib istifadəyə verilib. Şəhərin Heydər Əliyev prospektində və Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatdırılıb. M.Ə.Sabir adına parkda da yenidənqurma və təmir işləri başa çatdırılıb və bura gözəl bir istirahət məkanına çevrilib. Parkda köhnə tamet daşları və bordürlər yenisi ilə əvəz olunub, əraziyə münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü təmir olunub. Hazırda rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikinti işləri davam etdirilir. Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 40 min müxtəlif növ ağaclar, 6 min ədəd gül kolları və 200 min ədəd həmişəyaşıl kollar əkilib. Əsas kapitala yönəldilmiş investisiyaların 90 faizindən çoxu tikinti-quraşdırma işlərinə yönəldilib.

2023-cü ildə rayon üzrə 236 yeni iş yeri açılıb, orta aylı əməkhaqqı 13 faiz artıb. Tərtərdə kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə olunub

Vəli VƏLİYEV,

“Respublika”.