ABŞ-ın “OceanGate” şirkəti turistik sualtı qayığı olan “Titan” ilə turları ləğv edib.
"Respublika" xəbər verir ki, buna səbəb həmin sualtı qayığın 1912-ci ildə Atlantik Okeanında 3800 metr dərinlikdə batan “Titanik” gəmisinin qalıqlarına baxış zamanı partlamasıdır.
Xatırladaq ki, hadisə nəticəsində sualtı qayıqda olan şirkətin sahibi Stockton Rush və 4 sərnişin həlak olmuşdu.
Nəzrin ELDARQIZI,
"Respublika".