Ukrayna yeni kilsə təqviminə keçid etdi
Dünya xəbərləri

Ukrayna yeni kilsə təqviminə keçid etdi

Ukrayna 1 sentyabr 2023-cü ildən etibarən Yeni Yulian təqvimi adlandırılan kilsə təqviminə keçib.

"Respublika" xəbər verir ki, bu barədə "CBCEW" məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar Ukraynada, demək olar ki, bütün böyük kilsə bayramları öz tarixlərini dəyişəcək. Misal üçün, artıq Ukraynada Milad bayramı yanvarın 7-də deyil, dekabrın 25-də qeyd olunacaq.

Qeyd edək ki, Ukrayna ərazisində ilk dəfə I Vladimirin təşəbbüsü ilə Yulian təqvimi istifadə edilib. 1918-ci ildə isə Yulian təqvimi Qriqorian təqvimi ilə əvəz edilib və bu günə qədər məhz Qriqorian təqvimindən istifadə edilib. 

Nəzrin ELDARQIZI,

"Respublika".