Türkiyədə güclü zəlzələ olub
Dünya xəbərləri

Türkiyədə güclü zəlzələ olub

Türkiyədə 5.1 bal gücündə zəlzələ olub.

"Respublika" xəbər verir ki,  bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib. 

Məlumata görə, təbii fəlakət Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib.  İstanbulun Esenler rayonunda 1 bina, Bursanın Mudanya rayonunda isə 1 ev xəsarət alıb. 2 nəfər pilləkənlərdən yıxılıb. Amma onların səhhəti yaxşıdır.