İndoneziyada bərə batıb
Dünya xəbərləri

İndoneziyada bərə batıb

İndoneziyanın Sulavesi adasında içərisində 40 nəfərin olduğu qayıq batıb.

"Respublika" xəbər verir ki, bu barədə İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, səyahət zamanı adanın yaxınlığında qayıq tərs çevrilib. Nəticədə 15 nəfər həyatını itirib.

Qəzadan sağ çıxan 6 nəfərin xəstəxanada müalicə aldığı, 19 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Nəzrin ELDARQIZI,

"Respublika".