Üçkilsə rayonundan azərbaycanlılar zaman-zaman sıxışdırılıb çıxarılmışlar
Digər xəbərlər

Üçkilsə rayonundan azərbaycanlılar zaman-zaman sıxışdırılıb çıxarılmışlar

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində Qərbi Azərbaycandakı soydaşlarımız ağır məhrumiyyətlərə, milli faciə məşəqqətlərə məruz qalmışlar. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Erməni vəhşiliyi, erməni terroru Ağrı vadisinin Üçkilsə (Eçmiədzin) rayonunda da müşayiət olunmuşdur.

Üçkilsə rayonunun ərazisində tarixən türklər (azərbaycanlılar) yaşamışlar. Erməni vandalları, dünyanı qan çanağına döndərən haylar bu ərazilərə sonralar köçürülmüşdür. 1828-ci ilədək rayonun ərazisində yaşayan azərbaycanlı əhali ermənilərdən dəfələrlə çox olmuşdur. 1828-1830-cu illərdə Osmanlı imperiyasının Van, Sasun, Qacarlar dövlətinin (İran) Xoy, Salmas vilayətlərindən köçürülən ermənilərin böyük əksəriyyəti Üçkilsə rayonunun ərazisində yerləşdirilmişdir. Elə bu vaxtdan da ermənilərin sayı artmağa başlamış, haylar tədricən azərbaycanlılara qarşı xəyanət toru qurmuşlar. Bu sahədə ermənilərə dəstək verən isə pis xislətli keşiş idi.

Üçkilsə rayonunda 1918-ci ilə kimi üstünlük yenə türklərdə olmuş, ermənilər istədikləri kimi əl-qol ata bilməmişlər. 1918-1920-ci illərdə yeni Ermənistan (daşnakların hakimiyyəti dövründə) rəhbərliyinin yürütdüyü antitürk antimüsəlman siyasəti nəticəsində rayonun indiki ərazisində yaşayan azərbaycanlılar soyqırımına deportasiyaya məruz qalmış, onların sayı ermənilərə nisbətən 7 dəfə azalmışdı. Həmin illərdə neçə-neçə azərbaycanlı ailə məcburən ata-baba yurd yerlərini tərk etmişdir. Əmlakları haylar tərəfindən ələ keçirilmiş, ev-eşikləri yandırılmışdı.

1930-cu il sentyabrın 9-da rayon təşkil edilən zaman 56 yaşayış məntəqəsindən (kəndlərdən) ibarət olmuşdur. Bunların da 24-ü sırf türk kəndi idi. Rayon mərkəzinə ən yaxın dəmiryol dayanacağı 15 km məsafədə yerləşən Üçkilsə (Eçmiədzin) stansiyasıdır. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 kilometr idi.

1970-ci ilin məlumatına görə, rayonun ərazisində bir respublika tabeli şəhər - Üçkilsə, Ağrı vadisində Ararat düzənliyi yerləşirdi. 1924- ildən qəza, 1930-cu ildən respublika tabeli şəhər olmuşdur. Dünya ermənilərinin katalikosu burada oturur, onun türk xalqlarına qarşı düşmənçilik mövqeyi həmişə aydın şəkildə nəzərə çarpırdı. Kilsədə keçirilən məxfi iclaslara xarici ermənilərin nümayəndələri dəvət olunurdu. Şübhəsiz ki, müzakirə olunan məsələlərin önündə Qərbi Azərbaycandakı soydaşlarımızın sıxışdırılıb çıxarılması, "dənizdən-dənizə böyük Ermənistan" xülyasının reallaşdırılması idi. Əlbəttə, bu məkrli hadisələr üçün dünya erməniləri qucaq-qucaq vəsait qoyurdu...

Üçkilsə rayonunda azərbaycanlılara məxsus 13 kənd sovetliyi fəaliyyət göstərirdi. Əhali əsasən əkinçilik heyvandarlıqla məşğul olurdu. Burada azərbaycanlıların normal təhsil almalarına ögey münasibət  göstərilir, dövlət səviyyəsində gənc kadrların yerləşdirilməsinin qarşısı alınırdı. Şübhəsiz ki, bu da azərbaycanlılar arasında narazılıq yaradırdı. Rayonda səhiyyə xidməti isə çox zəif idi.

Ermənistan SSR (1920-1988) Ali Soveti Rəyasət Heyətinin müxtəlif illərdə qəbul etdiyi fərmanlar ilə Üçkilsədəki türk mənşəli kəndlərin adları dəyişdirilərək erməniləşdirilmişdir.

1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonunun ərazisində 71 yaşayış məntəqəsi olub. Onların 52- azərbaycanlılar yaşayırdı. Lakin Zəngibasar rayonunun hər dəfə yaradılıb ləğv edilməsi ilə əlaqədar Üçkilsə rayonu da ərazi dəyişikliyinə məruz qalmışdır. 1937-ci ilin dekabrında rayonun ərazisindən 14 kənd alınıb Zəngibasar rayonuna verilmiş, 1940- ildən sonra həmin kəndlər yenidən, 1969-cu ildə ikinci dəfə bərpa olunan Zəngibasar rayonuna verilmişdir.

1918-1920-ci illərdə rayonun indiki ərazisində yerləşən kəndlərin əhalisi hayların soyqırımına deportasiyasına məruz qalmışlar. Bu kəndlərdən yalnız Aşağı Qarxun Qarğabazarı kəndlərinin azərbaycanlı əhalisinin cüzi bir hissəsi Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra, yəni 1922-ci ildə doğma yerlərinə qayıtmışlar.

Soyqırımı zamanı dağılmış əhalisi qovulmuş kəndlərdə erməni vandalları yerləşdirilmişdir. Elə o vaxtdan da hər iki kənd qarışıq kənd olmuşdur.

Üçkilsədəki azərbaycanlılar 1948-1953- illərdə Qərbi Azərbaycandakı digər soydaşlarımız kimi, deportasiya olunmuş, İ.Stalin, İ.Molotov, Q.Arutyunov digər ermənipərəst qüvvələrin xəyanəti nəticəsində Üçkilsədəki soydaşlarımız da ata-baba torpaqlarından zorla köçürülmüşlər. Kür-Araz vadisinə köçürülən əhalinin aqibəti daha kədərli olmuşdur. Bu köçürmə prosesi xaricdən gələn erməniləri yerləşdirməklə əlaqələndirilsə , əsas məqsəd azərbaycanlıları Ermənistandan təmizləmək idi. Bu faciəli deportasiya dövründə Ermənistan ərazisində vaxtilə azərbaycanlıların yaşadıqları yüzlərlə kənd xarabalığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərildiyi kimi, 476-dan çox kənd istifadəsiz qalmışdır.

Azərbaycanlıların öz ata-baba yurdlarından qovulmasının növbəti mərhələsi 50-ci illərin sonlarından etibarən başladı. Bu dövrdən 1988-ci ilə qədər olan deportasiyanı XX əsrin bəlası hesab etmək olar.

1948-1953- illərdə Qərbi azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası ilə bağlı 18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən fərman imzalanmış, hadisələrə hüquqi-siyasi qiymət verilmişdir.

Vətən müharibəsində tarixi qələbəmizdən sonra növbəti tarixi məsələ Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dönüşünü reallaşdırmaqdır. 24 dekabr 2022-ci ildə Qərbi azərbaycanlılarla görüşən ölkə başçısı demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların  tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".

Qərbi Azərbaycanın bir parçası da qədim İrəvan şəhərinin yaxınlığında yerləşən, türklərin qədim yaşayış məskəni olan Üçkilsə rayonudur. İrəvan xanları əlamətdar günləri çox vaxt burada keçirərlərmiş. Bu gün Qərbi Azərbaycanın bütün sakinləri kimi, Üçkilsə bölgəsinin əhalisi ata-baba torpaqlarına  qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu sahədə Qərbi Azərbaycan İcması məqsədyönlü aparır. May ayının birinci ongünlüyündə Almaniyanın Berlin şəhərində keçirilən Qərbi azərbaycanlıların konfransı görülən işlərin bariz nümunəsidir.

Gün gələcək ki, Üçkilsə rayonunun əhalisi öz tarixi yurdlarına qayıdacaq.

Qədir ASLAN,

"Respublika".