Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları elminin inkişafı
Siyasət

Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları elminin inkişafı

18 İYUN İnsan Hüquqları Günüdür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 30 il Azərbaycanın qurtuluş zəfər dövrüdür. 1993- il iyunun 15- Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi böhrandan xilas oldu, davamlı inkişafın təməlləri qoyuldu.

"Mənim həyatım da, fəaliyyətim yalnız yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi buna nail oldu.

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik dünyəvi dövlət quruculuğuna başlanması, dövlət siyasətində insan hüquq azadlıqlarının qorunmasına xüsusi önəm verilməsi bu sahədə aparılmış əsaslı hüquqi islahatlar bütövlükdə cəmiyyətin dövlətin inkişafında əvəzsiz rol oynamaqla yanaşı, hüquq elminin müasir tələblərə uyğun təkamülündə mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, milli insan hüquqları standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə görülən bütün tədbirlər, qəbul edilmiş normativ-hüquqi aktlar, verilmiş fərman sərəncamlar mərhələli şəkildə demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan üçpilləli məhkəmə sisteminin, konstitusiya nəzarətinin s. bu kimi yeni təsisatların yaradılması ilə nəticələnmiş, dövlət orqanlarının fəaliyyətinin demokratizm humanizm prinsiplərinə uyğun formada təşkilinə istiqamət vermişdir.

İnsan hüquqları elminin formalaşması insan hüquqları sahəsində qanunvericilik bazasının yaradılması inkişafından xeyli dərəcədə asılıdır. Beynəlxalq hüquq normalarında təsbit olunsa da, məhz milli səviyyədə hüquq azadlıqların tanınması onların müdafiəsi mexanizmlərinin işlənib hazırlanması insan hüquqları elminin inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu kontekstdən, Ulu Öndər Heydər Əliyevin respublikamızda insan hüquqlarının inkişafı təminatı üzrə apardığı islahatlar hüquq elminə öz böyük töhfəsini vermişdir.

Azərbaycanda insan hüquqları institutunun müasir əsaslarla inkişafı ilə bağlı Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini iki mərhələ üzrə təhlil etmək olar: 1969-1980-ci illər 1993- ildən sonrakı dövr.

Birinci dövrdə Azərbaycanın 1978-ci il Konstitusiyasında bəzi hüquqların, əsasən sosial hüquqların, məsələn, istirahət, mənzil, təhsil hüquqlarının tanınması, əsassız həbslərin qadağan olunması insan hüquqları elmində bu istiqamətdə elmi tədqiqatların aparılmasına şərait yaratdı.

Azərbaycanda insan hüquqlarının inkişafı ilə bağlı ən mühüm dönəm 1993- ildən sonrakı dövrü əhatə edir. Həmin dövrdə ilkin olaraq, beynəlxalq konvensiyalara qoşulmaq, daha sonra isə həmin konvensiyalar əsasında müasir milli-hüquqi normalar işləyib hazırlamaq, mövcud normaları beynəlxalq sənədlər əsasında təkmilləşdirmək Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələr idi. Yaradılan qanunvericilik bazası elmi araşdırmalar ümumiləşdirmələr aparmağa, onun daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr hazırlamağa, respublikamızda insan hüquqları üzrə məhkəmə təcrübəsini ümumiləşdirməyə xarici məhkəmə təcrübəsi ilə müqayisə etməyə imkan yaratdı. Bütün bunlar da müasir insan hüquqları elminin dinamik inkişafını şərtləndirdi.

1995-ci ildə Konstitusiyanın qəbulu insan hüquq azadlıqlarına yeni yanaşmanı təqdim etdi. Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı. Bu mühüm sənədin ən üstün fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət cəmiyyət tərəfindən verilmiş verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların vəzifələrin bütöv vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır.

 Lakin Ulu Öndərin uzaqgörən siyasəti hüquq azadlıqların yalnız bəyan olunması ilə kifayətlənməyib, onların təminat müdafiə mexanizmlərinin işlənməsində ifadə olunmuşdur. Bununla bağlı, Ümummilli Liderin "İnsan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci tarixli Fərmanı "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli Sərəncamı xüsusi qeyd olunmalıdır.

Ulu Öndərin mütərəqqi dövlət siyasəti insan hüquqları elminin müasir inkişaf perspektivlərini aşağıdakı kimi müəyyən etmişdir:

Birincisi, bu sahədə tədqiqatlar aparan tədqiqatçı alimlər üçün sərbəst araşdırma aparmaq üçün şərait yaradılması nəticəsində xarici dövlətlərin təcrübəsi beynəlxalq normalar müfəssəl təhlil olunmuş, insan hüquq azadlıqları ilə bağlı milli normalara dəyişikliklərlə bağlı təkliflər işlənib hazırlanmışdır.

İkincisi, insan hüquqları ilə bağlı müxtəlif təsisatların yaradılması onların elmi-tədqiqat sahəsində əməkdaşlığı insan hüquqları elminin müasir əsaslarla yenidən formalaşdırılmasını şərtləndirmişdir.

Üçüncüsü, insan hüquqları ilə bağlı müxtəlif fənlərin ali təhsil müəssisələrində tədrisi istiqamətində köklü dəyişikliklərin edilməsi Azərbaycan hüquq elmində müasir insan hüquqları elminin inkişafına təkan vermişdir.

Birinci istiqamət üzrə elmi inkişafı 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsi ilə bağlı referendumun keçirilməsi bir daha təsdiq edir. Belə ki, Referendum Aktı ilə Konstitusiyanın insan hüquq azadlıqlarını təsbit edən bölməsinə edilən bir çox əlavə dəyişikliklər müasir demokratik cəmiyyətin tələblərinə cavab verirdi. Məsələn, 25-ci maddəyə əlavə edilən aşağıdakı bəndlər SSRİ dövrünün qalığı olan "məmur imtiyazı"nın, dövlət orqanlarının səlahiyyətlərində sui-istifadənin qarşısının alınmasına yönəlmişdi: "Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir".

Bundan əlavə, 32, 48 50-ci maddələrdə edilən mütərəqqi dəyişikliklər ifadə məlumat azadlığı, eləcə şəxsi toxunulmazlıq hüququ sahəsində yeni elmi tədqiqatların aparılmasını şərtləndirdi. Beləliklə, sovet hökumətinin stereotiplərindən "azad olmağa" başlayan alim tədqiqatçılar müasir tələblərə cavab verən monoqrafiya, dərslik dərs vəsaitlərinin yazılmasını əsas istiqamət kimi seçdilər. Təsadüfi deyil ki, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında insan hüquq azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin mütəmadi aparılması Elm Təhsil Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılmışdı. Bütün bunlar ölkəmizdə müasir hüquq məktəbinin əsasını qoydu insan hüquqları elminin inkişafında dönüş nöqtəsi yaratdı.

Ulu Öndərin müasir insan hüquqları siyasətini yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın əsas hüquqi mənbə olaraq, demokratik əsaslara söykənməsini başlıca inkişaf istiqaməti kimi götürmüşdür. Belə ki, 2016- il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi nəticəsində insan ləyaqətinin qorunması ona hörmət edilməsi konstitusional qaydada bəyan olundu. Eyni zamanda, "hüquqlardan sui-istifadəyə yol verilməməsi əsas prinsip kimi daxil edildi (maddə 24).

Konstitusiyaya edilən dəyişikliklərdə insan hüquq azadlıqlarının tanınmasının əsas elementi qismində şəxsiyyətin ləyaqətinin qəbul olunması, ləyaqət hüquqlar baxımından insanların bərabərliyinin tanınması, insan hüquqlarının dövlətin iradəsindən asılı olmaması onların ayrılmazlığının təsbit edilməsi Azərbaycanda insan hüquqları konsepsiyasının bütün komponentlərinin tanındığını bir daha təsdiq edir. Bu cür perspektivlik insan hüquqları elminə iki istiqamətdə müsbət təsir göstərmişdir: bir tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyası insan vətəndaş hüquq azadlıqlarını ali dəyər kimi qiymətləndirərək onlara hörməti, insan hüquq azadlıqlarının qorunmasını qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etdiyi üçün hüquq elminin bütün sahələri bu müddəa əsasında yenidən formalaşmışdır. Digər tərəfdən, ölkəmizdə insan hüquq azadlıqlarının təminatına dair yaradılmış maddi prosessual hüquq normaları insan hüquqları elmində yeni predmet metodu ilə xarakterizə olunan elm sahələrini meydana gətirmişdir. Məsələn, "Gender bərabərliyi", "Qadın uşaq hüquqları" s. yeni elmlərin adlarını misal göstərmək olar.

Qeyd olunduğu kimi, Ulu Öndər siyasətində insan hüquqları ilə bağlı müxətlif təsisatların yaradılması onların elmi-tədqiqat sahəsində əməkdaşlığı insan hüquqları elminin inkişafının ikinci istiqamətini təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında insan hüquqları üzrə elmi tədqiqat institutunun yaradılması, eləcə insan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut mərkəzlərdə, digər təsisatlarda müvafiq tədqiqat, təhsil təcrübə proqramlarının öyrənilməsi üçün mütəxəssislərin iştirakının təmin edilməsi müvafiq dövlət orqanlarına həvalə olunmuşdur ki, bütün bu tədbirlər insan hüquqları üzrə elmi biliklərin mübadiləsində mühüm əhəmiyyət kəsb edir.

Ümummilli liderin insan hüquqları yönümlü siyasətinin başlıca istiqamətlərindən biri kimi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi olmuşdur. Bu məqsədlə Dövlət Proqramında insan hüquqlarının kütləvi şəkildə pozulması hadisəsi kimi azərbaycanlıların repressiyası, soyqırımı deportasiyası haqqında sənədli, bədii filmlərin çəkilişi digər sənət əsərlərinin, o cümlədən monumental əsərlərin yaradılması əsas tədbirlər sırasında öz əksini tapmışdır ki, bu işdə milli insan hüquq elminin payına çoxsaylı elmi tədqiqatların aparılması, alimlər tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi düşür. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirakını, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini xüsusi qeyd etmək lazımdır. Belə fəaliyyətin nəticəsidir ki, artıq Azərbaycan dünyada nəinki coğrafi mövqeyinə görə, həmçinin mədəni irsinə, elminə, tarixi abidələrinə, zəngin dövlətçilik, multikulturalizm tolerantlıq ənənələrinə görə tanınır.

Yeni formalaşan informasiya cəmiyyətində Fondun konstitusion niyyətlərin reallaşmasına xidmət edən bir çox məqsədləri vətəndaş cəmiyyəti institutlarının inkişafında, hüquqi dövlət sosial dövlət modellərinin tətbiqində, habelə müxtəlif insan hüquq azadlıqlarının həyata keçirilməsində əvəzedilməz rola malikdir.

Üçüncü istiqamət Ümummilli Lider Heydər Əliyevin qabaqcıl elm təhsil siyasətinin nəticəsi olaraq, insan hüquqları ilə bağlı tədris sistemində köklü dəyişikliklərin edilməsində ifadə olunmuşdur. Bu istiqaməti Hüquq fakültəsinin timsalında şərh etmək olar. Ulu Öndərin Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütərəqqi siyasətinə sadiq qalan fakültəmizin insan hüquqları elmi sahəsində həyata keçirdiyi fəaliyyət hər zaman respublikamızda qəbul edilmiş milli hüquq normalarını, dövlət proqramlarını rəhbər tutmuşdur. Belə ki, Ulu Öndərin Sərəncamı ilə təsdiq olunmuş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən 28 dekabr 2006- il, 27 dekabr 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında "insan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik əməkdaşlıq tədbirləri" prioritet istiqamətlər sırasında mühüm yer almaqdadır. Bu istiqamət üzrə planlaşdırılan icra olunan bir çox tədbirlərin həyata keçirilməsində aktiv iştirak etmək fakültəmizin payına düşmüşdür. Belə ki, həm Dövlət Proqramında, həm Milli Fəaliyyət Planı Proqramında aşağıdakı tədbirlərin hər bir zaman mütəmadi icrası nəzərdə tutulmuşdur:

Ş insan hüquqları azadlıqları problemləri üzrə ixtisaslaşan mütəxəssislərin hazırlanması;

Ş ali məktəblər üçün insan hüquq azadlıqlarına dair mövzuların öyrənilməsi üçün tədris yükünün müəyyən edilməsi, tədris vəsaitlərinin nəşri, tədris proqramlarının təkmilləşdirilməsi;

Ş insan hüquqları ilə bağlı dərs vəsaitlərinin ədəbiyyatların hazırlanması nəşri;

Ş insan hüquqlarına dair tələbələr üçün olimpiadaların, müsabiqələrin keçirilməsi, insan hüquqlarının tətbiqinə dair bədii sərgilərin, festivalların digər tədbirlərin keçirilməsi;

Ş insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi mənimsənilmiş müsbət təcrübənin yayılması;

Ş hüquqi maarifləndirmə məqsədilə müxtəlif çap məhsullarının - kitabların, bukletlərin, bülletenlərin hazırlanması əhali arasında yayılması işinin təşkili.

Hüquq fakültəsi elm təhsil siyasətimizdə vacib sayılan yuxarıdakı istiqamətlər üzrə daimi dinamik şəkildə fəaliyyət göstərir. Fakültəmiz insan hüquqları üzrə təhsil siyasəti 2011-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Təhsil Təlim Bəyannaməsinin aşağıdakı müddəasını rəhbər tutur ki, bu müddəa Ulu Öndərin təhsil siyasətinin hər zaman əsas qayəsini təşkil etmişdir: "İnsan hüquqları üzrə təhsil təlim, insan hüquqlarının universallığı, bölünməzliyi qarşılıqlı asılılığı prinsiplərinə uyğun olaraq, hər kəs üçün insan hüquqlarına əsas azadlıqlara hörmət onlara riayət edilməsinin təbliği üçün vacibdir".

İnsan hüquqları üzrə təhsil insan hüquqlarının hər bir cəmiyyətdə reallığa çevrilməsinin hamının ortaq məsuliyyəti olduğu anlayışını formalaşdırdığı üçün davamlı təkmilləşdirilməli olan tədris prosesini əhatə etməlidir. Bu baxımdan, Hüquqşünaslıq ixtisasında insan hüquqları sahəsində biliklərin geniş tədris edilməsinə, bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasına tələbat günbəgün artır. Hüquq fakültəsində artıq illərdir ki, bakalavriat səviyyəsində "İnsan hüquqları" fənni tədris olunur. Həmçinin magistratura səviyyəsində Azərbaycan ingilis dillərində tədrisi aparılan "İnsan hüquqları" ixtisaslaşmasında bu sahədə kadr hazırlığı həyata keçirilir.

Dövlət başçısının insan hüquqları yönümlü siyasətində əsas tədbirlərdən biri insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi mənimsənilmiş müsbət təcrübənin yayılmasından ibarətdir. Fakültəmiz professor-müəllim heyətinin, tələbələrimizin insan hüquqları üzrə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi mənimsənilmiş müsbət təcrübənin yayılması məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT ilə, xüsusilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə sıx əməkdaşlığımız mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, ötən il dekabrın 9-da Ali Komissarlıqla birgə Beynəlxalq insan hüquqları gününə həsr edilmiş beynəlxalq konfrans keçirdik. İlk dəfə olaraq Fakültəmizin tələbələri tərəfindən insan hüquqları gününə həsr edilmiş videoçarx hazırlanmış nümayiş etdirilmişdir. Bununla yanaşı, ilk dəfə olaraq Hüquq fakültəsinin tələbələri, o cümlədən fakültənin SABAH qrupunun tələbələri tərəfindən hazırlanmış insan hüquqları mövzusunda sosial teatr tamaşası təqdim olunmuşdur.

Bununla yanaşı, BMT-nin ölkəmizdə rezident-əlaqələndiricisi Vladanka Andreyevanın "BMT-nin fəaliyyətinin əsasları" mövzusunda, Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri, səfir Petr Zix tərəfindən "Avropa Şurası hüququnun əsasları" mövzusunda, Dünya Bankının mərkəzi qərargahının Dövlət sektoru üzrə aparıcı mütəxəssisi, vergi hüququ sahəsində tanınmış beynəlxalq ekspert, Madrid universitetinin professoru Raul Feliks Xunkera Varela tərəfindən "Vergi hüququ: nəzəriyyədən təcrübəyə" mövzusunda, Beynəlxalq Qızıl Xaç Komitəsinin Şərqi Avropa üzrə regional əlaqələndiricisi, beynəlxalq humanitar hüquq üzrə tanınmış beynəlxalq ekspert PhD A.Kozik tərəfindən "Beynəlxalq Humanitar Hüquq: müasir çağırışlar çətinliklər" mövzusunda mühazirələr yalnız tələbələr üçün deyil, həm gənc müəllimlər üçün dayanıqlı bilik mənbəyi kimi faydalı olmuşdur.

Bundan başqa, fakültənin tarixində ilk dəfə olaraq "Tələbə tərəfindən tələbə üçün" layihəsinin icrasına başlanılmışdır ki, layihənin əsas məqsədi təlimçi tələbənin öz biliklərini tələbə yoldaşları ilə bölüşmək qarşılıqlı şəkildə öyrənməkdir. Bu günədək keçirilmiş təlimlərin mövzularına diqqət yetirsək, hamısı insan hüquqlarına həsr olunmuşdur: "Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə giriş"; "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi Azərbaycan Respublikasının Konstitusiyası: müqayisəli təhlil"; "Avropa İnsan Hüquqları Konvensiyası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları" s.

UNESCO-nun təhsilin gələcəyi təşəbbüsü üzrə hesabatlarında qeyd olunur ki, ali təhsil əxlaqı təşviq etməli tələbələrə öz vətəndaşlıq ətraf mühitlə bağlı məsuliyyətlərini daha yaxşı dərk edən daha yaxşı bacarıqlı vətəndaşlar olmağa kömək etməlidir. Ali təhsil həm sosial-mədəni baxımdan aktual olmalıdır. Mədəni müxtəlifliyin qiymətləndirilməsi, insan hüquqlarının müdafiəsinə sadiqlik bütün formalarda ayrı-seçkiliyə dözümsüzlük əsas təhsil məqsədləri olmalıdır. Bu cür dəyərləri prinsipləri inkişaf etdirən ali təhsil mühazirə zalları virtual məkanların hüdudlarından kənara çıxır daim inkişaf edir. Belə istiqamətləri rəhbər tutan Hüquq fakültəsinin əsas missiyalarından biri vətənpərvər, hüquqi dövlət quruculuğuna hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından ibarətdir. Bu baxımdan, rəqəmsal cəmiyyətin formalaşdığı bir dövrdə tələbələrin dünyada respublikamızda baş verən hadisələrlə bağlı düzgün məlumatlandırılması fakültənin bilik mübadiləsində aktiv iştirakını təmin edir.

Bununla belə, insan hüquqları sahəsində biliklərin tədrisin daim yenilənməsinə inkişafına ciddi ehtiyac duyulur. Bu məqsədlə fakültəmizdə hər il insan hüquqları sahəsində yeni dərslik, dərs vəsaiti proqramların yazılmasına dəstək göstərilir, mövcud vəsaitlər daim yenilənir. Bununla bağlı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə "İnsan hüquqları" magistratura ixtisaslaşması üçün yeni tədris planı proqramının hazırlanması xüsusi qeyd olunmalıdır. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə Hüquq fakültəsinin ekspertləri "İnsan Hüquqları" magistratura ixtisaslaşmasının tədris planını yenidən tərtib edərək bütün tədris proqramlarını tamamilə yenidən işləmiş, Azərbaycan ingilis dillərində vahid bir külliyyat şəklində çap edilmişdir. Ekspertlər yeni tədris proqramının hazırlanması zamanı insan hüquqları üzrə təhsil sahəsində beynəlxalq təcrübəni geniş tətbiq etmişlər.

İnsan hüquqları azadlıqları problemləri üzrə ixtisaslaşan mütəxəssislərin hazırlanması məqsədilə Hüquq fakültəsi savadlı ixtisaslaşmış kadrların yetişdirilməsində beynəlxalq təşkilatların təcrübi bilikləri ilə yanaşı, dövlət orqanlarının bu sahədə fəaliyyəti üzrə məlumatların da tələbələrə çatdırılmasını başlıca məqsəd kimi seçmişdir. Bu sahədə hüquqşünas kadrların təcrübi biliklərinin inkişaf etdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Hüquq fakültəsinə göstərdiyi dəstək xüsusilə qeyd edilməlidir. Hüquq fakültəsi ilə Ədliyyə Nazirliyi arasında razılaşmaya əsasən, hüquqşünas tələbələr müntəzəm olaraq Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların, o cümlədən məhkəmələrin işi ilə yerində tanış olur, ədliyyə orqanları işçilərinin praktiki mühazirələrini dinləyirlər. Bundan əlavə, Ədliyyə Nazirliyi ilə razılıq əsasında "Heydər Əliyev İli" çərçivəsində əməkdaşlıq davam etdirilir. Bütün bunlar məhz hüquq elminin təhsilinin müasir standartlara uyğun təşkilinə xidmət edərək, təcrübi biliklərin əldə olunmasına, gənclərimizin hüquq düçüncəsinin hüquq mədəniyyətinin inkişaf etdirilməsinə xidmət edir.

Belə təcrübənin müxtəlif dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır ki, bütün bunlar insan hüquqları yönümlü hüquqşünas kadrların yetişdirilməsinə xidmət edir.

Artıq üçüncü ildir ki, Azərbaycan xalqı Milli Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndər Heydər Əliyevin arzuları illər sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirdi. Bu gün qədim yurdumuz Qarabağda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Zaur Əliyev,

Bakı Dövlət Universiteti

Hüquq fakültəsinin dekanı,

hüquq üzrə fəlsəfə doktoru, dosent.