Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir 
Digər xəbərlər

Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir 

Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin birgə  təşkilatçılığı  ilə  ulu  öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən  qəhrəman Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxışında  deyib ki,  Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, ümummilli  lider Heydər Əliyevin ideyalarını  müasir dövrün tələblərinə uyğun  ölkə rəhbəri İlham Əliyev uğurla davam etdirir.

 Zəfər  ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.