Digər xəbərlər

"Ümummilli lider Heydər Əliyev və ordu quruculuğu" mövzusunda tədbir

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) komandanlığında "Heydər Əliyev İli" çərçivəsində Silahlı Qüvvələr Gününə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və ordu quruculuğu" mövzusunda tədbir keçirilib.

25 iyun FHN-dən bildirilir ki, tədbirdə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, məzarı önünə gül dəstələri düzülüb.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi Fondunun müdiri, Tarix İnstitutunun doktorantı tarixçi alim Şəfa Mövsümov, Vətən müharibəsi qazisi mayor Rahib Mirzəyev, Xüsusi Təyinatlı Qüvvələr mənsubu, ASAN Xidmətin baş mütəxəssisi Qarabağ qazisi Natiq Mehdiyev və Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələr mənsubu Şamxal Qocayev və MMQ-nin şəxsi heyəti iştirak edib.

Sonra çıxış edən natiqlər xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Vətən qarşısındakı müstəsna xidmətlərindən danışıblar.

Çıxışlarda qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqətdə saxlayıb, bu istiqamətdə titanik fəaliyyət göstərib.

orkestrinin konsert proqramı ilə başa çatıb.

“Respublika”.