Ümummilli Liderin zəngin və çoxşaxəli irsi milli sərvətimizdir
Siyasət

Ümummilli Liderin zəngin və çoxşaxəli irsi milli sərvətimizdir

Müasir müstəqil Azərbaycanın memarı, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna rol oynayan ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. 1990- illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycanı üzləşdiyi xaotik vəziyyətdən çıxaran, müstəqilliyini itirmək təhlükəsindən xilas edən məhz ulu öndər Heydər Əliyevin polad iradəsi, yenilməz qüdrəti oldu.

Uzaqgörən dövlət xadiminin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı Heydər Əliyev zəkasının işığında yeni uğurlara qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsinə çevrildi. Bu gün Azərbaycan bu dərin zəkanın parlaq işıqlarında inamla irəliləyir, nailiyyətləri ilə dünyada əsl nümunəvi dövlət modelini ortaya qoyur.

Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır. Xüsusilə vurğulamaq lazımdır ki, xalqımızı vahid amal ətrafında birləşdirərək azərbaycançılıq ideologiyasının formalasdırılması geniş yayılması Heydər Əliyevin mükəmməl idarəçilik məktəbinin tərkib hissəsi idi. Heydər Əliyev öz ağlı, zəkası, yüksək siyasi iradəsi, idarəçilik qabiliyyətləri ilə bütün dünyanın diqqət mərkəzində idi.

Dövrünün ən nüfuzlu siyasətçiləri dövlət xadimləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycan dövlətinin xalqının dünyada layiqincə tanıdılmasında əvəzsiz rol oynayıb. Eyni za-manda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma prinsipləri əsasında ədalətli həlli istiqamətində bütün gücünü səfərbər edib. Ulu Öndərin əsasını qoyduğu güclü iqtisadi inkişafın, ordu quruculuğunun nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atdı.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, milli qürur iftixar mənbəyimiz ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur minnətdarlıqla anır.

Onun zəngin çoxsahəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq, təbliğ etmək isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

2023- il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Ulu Öndərin 100 illik yubileyinin təntənəli qeyd olunması, həmçinin dövlətimiz xalqımız qarşısında misilsiz xidmətlərinin, zəngin dövlətçilik irsinin Azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi, araşdırılması öyrənilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Bu Sərəncamın icrasından irəli gələrək dahi şəxsiyyətin həyat fəaliyyətinin müxtəlif dövrləri geniş tədqiq ediləcək, yeniyetmə gənclərə açıqlanacaq, müdrik şəxsiyyətin dünya miqyasında dövləti milləti naminə fədakar zəhməti bir daha təbliğ ediləcəkdir.

Könül NƏBİZADƏ,

Azərbaycan Respublikası

Daxili İşlər Nazirliyinin

Müayinə Mərkəzinin

əməkdaşı.