Polşa Senatının sədri: Ölkəmiz Cənubi Qafqazda sülh quruculuğu istiqamətində bütün səyləri dəstəkləyir
Siyasət

Polşa Senatının sədri: Ölkəmiz Cənubi Qafqazda sülh quruculuğu istiqamətində bütün səyləri dəstəkləyir

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Senatının sədri Tomaş Qrodzki ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Tomaş Qrodzki ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini deyib. O qeyd edib ki, Azərbaycan Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr mövcuddur.

Xalqlarımız arasında əsrlərdir yaxşı əlaqələrin olduğunu deyən Senatın sədri xatırladıb ki, polyaklar hələ onilliklər əvvəl Azərbaycanda sülh şəraitində yaşayıb, fəaliyyət göstəriblər.

Senatın sədri Tomaş Qrodzki ölkəsinin Cənubi Qafqaz regionunda sülh yaradılması istiqamətində bütün səyləri, təşəbbüsləri dəstəklədiyini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova Polşanın Azərbaycan üçün dost strateji tərəfdaş ölkə olduğunu deyib, ölkələrimiz xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri azad olunan ərazilərimizdə həyata keçirilən böyükmiqyaslı quruculuq işləri barədə məlumat verib.

Parlamentin sədri bildirib ki, Azərbaycan sülh istəyir Ermənistana beynəlxalq hüququn əsas prinsiplərinə söykənən 5 maddəlik sülh sazişi təklif edib. Təəssüf ki, Ermənistan hələ sülh sazişini imzalamaqdan boyun qaçırır.

Ermənistanın hərbi-siyasi təxribatları barədə məlumat verən Sahibə Qafarova deyib ki, bu ölkə Laçın yolundan hərbi məqsədlər qeyri-qanuni fəaliyyətlər üçün istifadə edib. Yolda keçirilən etiraz aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə qarşıdır. Ermənistan bu yolun bağlı olması barədə yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Bildirilib ki, Azərbaycan ilə Polşa arasında əlaqələrin həm ikitərəfli qaydada, həm Avropa İttifaqı çərçivəsində inkişaf edir

Görüşdə, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri müzakirə olunub.