Unudulmaz qəhrəmanın xatirəsinə
Region

Unudulmaz qəhrəmanın xatirəsinə

Qazax

23-24 mart 2024-cü il tarixlərdə Qazax Olimpiya İdman Kompleksində şəhid Mustafayev Ramiz Bağman oğlunun xatirəsinə Karate do üzrə açıq turnir keçirilib. Turnirdə Sumqayıt, Gəncə şəhərindən və Ağstafa, Tovuz, Qazax rayonlarından 12 komanda olmaqla 126 idmançı iştirak edib. Turnirin rəsmi açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa RİH-in şöbə müdiri Ariz Qədiməliyev, Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov, Dünya Fudokan Federasiyasının Azərbaycandakı nümayəndəsi Vüsal Abdullazadə, Fudokan Federasiyasının Gəncə-Qazax üzrə nümayəndəsi Samir Ələkbərov, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa Rayon Şöbəsinin sədri Ceyhun Əliyev, şəhid Ramiz Mustafayevin valideynləri Bağman Mustafayev, Mahnur Mustafayeva və şəhid qızı Nəcmiyyə Sədizadə çıxış edərək şəhid Ramiz Mustafayevin döyüş yolundan və bu kimi yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar. Gərgin mübarizə şəraitində keçən turnirdə yüksək nəticə əldə etmiş idmançılar diplom və medallarla təltif olunublar.

Turnirdə 1-ci yerə Ağstafa, 2-ci yerə Gəncə, 3-cü yerə Sumqayıt idmançıları layiq görülüb.

Vəli VƏLİYEV,

"Respublika".