Uruqvay Şərq Respublikasının Prezidenti Zati-aliləri cənab Luis Lakalle Pouya
Məktublar

Uruqvay Şərq Respublikasının Prezidenti Zati-aliləri cənab Luis Lakalle Pouya

Hörmətli cənab Prezident,

Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza

əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 avqust 2023-cü il.