V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı
Digər xəbərlər

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı

İyunun 22- Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. "Heydər Əliyev İli" çərçivəsində təşkil edilən konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusuna həsr olunmuşdur iyunun 25-dək davam edəcək.

Tədbir iştirakçıları öncə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında tədbir iştirakçıları ümummilli liderin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli xarici tədqiqatçıların birgə hazırladıqları "Bir əsrin iqtisadi portreti" adlı kitab sərgisi ilə tanış olublar. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşması beynəlxalq iqtisadi əlaqələrin inkişafındakı rolundan bəhs edən kitabın elektron versiyasının beynəlxalq elmi platformalarda indekslənməsi dünya universitetlərinin kitabxana bazalarında yerləşdirilməsi nəzərdə tutulur. UNEC tərəfindən nəşr olunan "Türk dövlətləri işbirliyi: Mövcud vəziyyət, potensial imkanlar gələcəyə istiqamətlənmiş perspektivlər", "Exploring The Green Economy: Issues, Challenges and Benefits" "Strateji idarəetmə" kitabları da konfransda nümayiş olunub. Konfrans çərçivəsində şəhid övladlarının əl işlərindən ibarət, Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş edildiyi "Əsrin 100 çaları" adlı rəsm sərgisinin açılışı olub.

Tədbirdə Azərbaycan Respublikasının Elm təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, Dövlət İmtahan Mərkəzinin Direktorlar  Şurasının sədri Məleykə Abbaszadə, TÜRKSOY-un baş katibi Sultan Raevölkənin xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim tədqiqatçılar iştirak ediblər. Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov bildirib ki, "International Conferences", "World Conferences" kimi beynəlxalq elmi platformaların daimi üzvü olan artıq beşinci dəfə keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Dünyanın aparıcı elm təhsil müəssisələrinin tədqiqatçılarının konfransa marağının artmasının sevindirici hal olduğunu vurğulayan rektor V beynəlxalq konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib: "Konfransda 19 yerli, 94 xarici ali təhsil müəssisəsi tədqiqat mərkəzi təmsil olunur. 44 ölkədən 678 elmi-tədqiqat işi konfransa qəbul olunub 539 tədqiqatçı (166 xarici, 373 yerli) 80-dən çox mövzu üzrə tədqiqat nəticələrini təqdim edəcəklər. Tədqiqatlar əsasən yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat, süni intellekt, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı, Heydər Əliyev ölkə iqtisadiyyatı digər mövzuları əhatə edir. Elm Komitəsi tərəfindən seçilmiş 100-ə yaxın tədqiqat işi Google Scholar, ProQuest, WorldCat digər nüfuzlu platformalarda indekslənən xarici beynəlxalq elmi jurnallarda nəşr olunacaq".

Elm təhsil naziri Emin Əmrullayev təhsil sahəsində görülən işlər barədə məlumat verib: " Digər sahələrdən fərqli olaraq təhsil sahəsində görülən işlərin nəticəsini biz gələcək illərdə müşahidə edə bilirik. Təxminən 10 ildir ki, Azərbaycan təhsilində köklü islahatlar aparılır. Görülən işlərə misal olaraq bildirmək istəyirəm ki, 10 il öncə Təhsil Nazirliyini düşündürən əsas məsələlər ali təhsil müəssisələrində şəffaflığın təmin edilməsi, qeyri-qanuni əməllərin qarşının alınması idisə, bu gün biz həmin müəssisələrdə imtahan prosesinin şəffaf keçdiyini müşahidə edirik. Hətta Elm Təhsil Nazirliyi olaraq bu prosesə artıq nəzarət etməyə ehtiyac belə duymuruq. Digər tərəfdən tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi prosesi qaydaya salınmışdır. Belə ki, bu gün bu proses hansısa subyektiv fikir əsasında yox, bəlli bir qaydada həyata keçirilir. Düşünürəm kiirəliləyən dövr ərzində Azərbaycan təhsilində daha vacib işlər görüləcək". Ali təhsilin əlçatanlığı ilə bağlı fikirlərində nazir bildirdi ki, magistratura pilləsi ilə birlikdə bu il 60 min insan ali təhsil müəssisələrinə qəbul olunub. Bu, son 15 illə müqayisədə 3 dəfə artım deməkdir: "Vacib məsələlərdən biri təhsil sahəsində Avropa standartlarına uyğunlaşmadır. Avropanın Təhsildə Keyfiyyət təminatı agentliyinin standartları çərçivəsində artıq 5 universitetimiz akkreditasiyadan keçmişdir. Qeyd edim ki, prosesin sonunda akkreditasiyadan keçə bilməyən universitetlərimizdə müəyyən tənzimləmələrin şahidi olacaqsınız". E.Əmrullayev Azərbaycan dövlətinin 2007-2015-ci illər üzrə reallaşdırdığı "xaricdə təhsil proqramı"nın məzunlarının ali təhsil müəssisələrinə kadr kimi cəlb edilməsini diqqətə çatdırıb. Azərbaycan Dövlət İqtisad Universitetinin xaricə ən çox doktorant göndərən ali təhsil müəssisəsi olduğunu bildirən nazir yaxın 3-4 ildə 300 tələbənin dünyanın ilk 500 universitetindən  doktorluq elmi adı alaraq geri dönəcəyini qeyd edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin elm təhsilə yüksək diqqət qayğısından bəhs edən nazir müavini dahi şəxsiyyətin milli kadr hazırlığından, insan kapitalının formalaşması istiqamətində həyata keçirdiyi mütərəqqi islahatlardan bu islahatların ölkənin inkişafına qazandırdığı töhfələrdən danışıb. O, ulu öndərin müəyyən etdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

TÜRKSOY-un baş katibi Sultan Raev isə nitqində Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirləri yüksək qiymətləndirib. Azərbaycanın Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı olduğunu qeyd edən S.Raev ilboyu türk dünyasının burada keçirəcəyi tədbirlərin önəmini vurğulayıb: "Bu tədbirlər dünyaya azad Şuşadan birlik bərabərlik mesajı olacaq. Bu, həm Heydər Əliyevin xəyalların gerçəkləşməsinin təcəssümüdür. Gördüyü işlərlə ölümsüzləşən türk dünyasının öndər şəxsiyyətini sayğı ilə yad edirəm". 

Fransanın Azərbaycandakı ilk fövqəladə səlahiyyətli səfiri olmuş Jan Perenin ABŞ-ın Klivlend klinikasının həkimi Şapur Ənsarinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdükləri videoçarxlar nümayiş olunub.

Konfrans "Türk Dünyasında Çağırışlar" adlı panel müzakirələr ilə davam edib.

Konfransın ikinci günündə "Yaşıl Gün" təşkil olunacaq. Bu çərçivədə "Təmiz Alternativ Enerji: Dayanıqlı İnkişafın Əsas Sütunu Kimi" "İqtisadiyyatın Yaşıllaşdırılması: Yaşıl Dairəvi İqtisadiyyat Vasitəsilə İnklüziv Artıma Nail Olmaq" başlıqlı panel müzakirələr olacaq. Həmçinin yerli xarici spikerlərin iştirakı ilə ən aktual mövzulara həsr olunan 14 vorkşop keçiriləcək. İyunun 25-dək davam edəcək konfrans işini onlayn formatda müzakirələrlə davam etdirəcək.

Nurlan ABDALOV,

"Respublika".