Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışı
İdman

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışı

Quru Qoşunlarının 2023-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma, sərbəst güləş və cüdo birinciliyi keçirilir. Əvvəlcə birinciliyin püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

22 iyun Müdafiə Nazirliyindən bildirilir ki, birinciliyin açılış mərasimində öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar. İdman kompleksində keçirilən yarışlarda 7 komanda olmaqla ümumilikdə 40 idmançı mübarizə aparacaq. Azərbaycan Güləş Federasiyasının beynəlxalq və respublika dərəcəli hakimləri tərəfindən idarə olunan yarışlar iyunun 23-dək davam edəcəkdir.

“Respublika”.