Vu Honqbo: Azərbaycanla strateji baxımdan tarixi əlaqələrimiz var
MÜSAHİBƏLƏR

Vu Honqbo: Azərbaycanla strateji baxımdan tarixi əlaqələrimiz var

İlk dəfədir ki, bu Forumda iştirak edirəm. Azərbaycanın qonaqpərvərliyinə, zəngin mədəniyyətinə və tarixinə heyran qaldım, - deyə X Qlobal Bakı Forumunda iştirak edən Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo bildirib.

Çinin "Bir kəmər, bir yol" layihəsinin 100-dən çox ölkəni ətrafında birləşdirdiyini vurğulayan Vu Honqbo deyib: "Azərbaycanla strateji baxımdan uzunmüddətli, tarixi əlaqələrimiz var. İkitərəfli münasibətlərimiz yaxşı səviyyədədir, bu il diplomatik münasibətlərimizin 31-ci ilini qeyd edirik. Ötən 30 il ərzində biz Azərbaycanla yaxşı dost olmuşuq, əməkdaşlığımız, iqtisadi əlaqələrimiz inkişaf edib, Prezident İlham Əliyev ölkəmizə səfər edib".

O bildirib ki, ötən il Şanxay konfransında liderlərimiz görüşüb və bu görüşdə tərəflər münasibətlərimizin inkişaf etdirilməsi ilə bağlı konsensus əldə ediblər. "Hər iki ölkə əməkdaşlıqla bağlı sahələri müəyyən edib ki, bura infrastruktur, transportasiya və sair daxildir. Azərbaycan strateji baxımdan vacib nöqtədə yerləşir", - deyə V.Honqbo diqqətə çatdırıb.