WSJ: ABŞ İsrailə on milyonlarla dollar dəyərində sursat vermək istəyir
Dünya xəbərləri

WSJ: ABŞ İsrailə on milyonlarla dollar dəyərində sursat vermək istəyir

ABŞ Prezidenti Co Bayden administrasiyasının Fələstin-İsrail münaqişəsində atəşkəsə dair çağırışlarına baxmayaraq, Birləşmiş Ştatlar İsrail hakimiyyətinə on milyonlarla dollar dəyərində müxtəlif döyüş sursatları verməyi planlaşdırır.

"Respublika" xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, Amerika hakimiyyəti İsrailə təxminən min MK-82 bombası, həmçinin KMU-572 dəqiq istiqamətləndirici dəstlər və KMU-572 bombaları üçün qoruyucular vermək niyyətindədir.

Nəşrin qeyd edir ki, silah tədarükü müqaviləsi hələ də Amerika administrasiyası tərəfindən nəzərdən keçirilir. Bu cür silahların tədarükünə baxılması İsrailin 1 milyondan çox fələstinlinin sığınacaq axtardığı Rəfahda hərbi əməliyyata hazırlığı fonunda baş verir.

Bildirilib ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri ABŞ İsrailə təxminən 21 min bomba tədarük edib. Bunun da təxminən yarısını İsrail ordusu istifadə edib.