Xaçınçay su anbarına balıq körpələri buraxılıb
Digər xəbərlər

Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Qarabağ ərazisində ekosistemin bərpasına töhfə vermək, o cümlədən su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Ağdam rayonunda Xaçınçay su anbarına balıq körpələri buraxılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Mərasimdə Ekologiya Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Turizm Agentliyi Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.