Xanımlar və cənablar!
Reklam və elanlar

Xanımlar və cənablar!

Bununla sizi "LUKOIL-Azərbaycan" QSC-yə məxsus obyektlərdə təmir-tikinti işləri üzrə açıq ikimərhələli tenderdə iştirak etməyə dəvət edirik.

Tender haqqında ümumi məlumat:

Təmir-tikinti işləri

Sifarişçi: LUKOIL-Azərbaycan QSC,

Ünvan: Bakı şəhəri, Z.Tağıyeva küç. 13

Əlaqə telefonları: (012) 497-41-38

E-mail: [email protected]

Əlaqədar şəxs: L.S.Mikayılova

İşin başlama və başa çatma tarixi: Müqavilənin imzalandığı tarixdən 180 (yüz səksən) təqvim günü.

Tenderdə iştirak etmək üçün daxil olmuş müraciətə baxıldıqdan sonra tələblərə uyğunluğunu təmin etmək üçün zəruri sənədlər əlavə olunmaqla tender sənədlərinin tam toplusu ünvanınıza göndərilir.

Tenderdə iştirak üçün ərizələr yuxarıda göstərilən ünvana təqdim edilməlidir.

Tenderdə iştirak etmək və tender sənədlərinin satın alınması üçün ərizəni yuxarıda göstərilən ünvana təqdim edilməsi üçün son tarix 27 fevral 2024-cü ildir.

Tender təkliflərinin yuxarıda göstərilən ünvana təqdim edilməsi üçün son tarix 27.02.2024-cü ildir.

Tenderin birinci mərhələsinin vaxtı və yeri 29 fevral 2024-cü il saat 14:00 yuxarıda qeyd olunmuş ünvandadır.

Tenderin ikinci mərhələsinin vaxtı və yeri 1 mart 2024-cü il saat 14:00 yuxarıda qeyd olunmuş ünvandadır.

Tenderin ikinci mərhələsində qeydə alınmış iddiaçıların nümayəndələrinin iştirakı məcburidir.

Müqavilə üzrə ödənişlər podratçının hesabına köçürmə yolu ilə (bank köçürməsi) həyata keçiriləcək.

İddiaçılar işin yerinə yetirilməsi üçün texniki imkanlara, müqavilə şərtlərini yerinə yetirmək üçün zəruri sənədlər toplusuna malik olmalıdırlar.

Tender təkliflərinin qüvvədə olma müddəti tenderin keçirildiyi tarixdən başlayaraq ən azı 90 (doxsan) təqvim günü olmalıdır.

Tender təkliflərini Azərbaycan və ya rus dillərində təqdim edin.

Tenderin qalibi ilə tender başa çatdıqdan sonra 20 təqvim günü müddətində müqavilə bağlanacaqdır.

"Tenderdə iştirak etmək üçün ərizə" formasını, habelə digər məlumatları dəvətnamədə göstərilən telefon nömrələri və elektron poçt ünvanından əldə etmək olar.

Tender Komissiyası.