XİN başçısının müavini: COP29-un əsas mövzuları bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur
Siyasət

XİN başçısının müavini: COP29-un əsas mövzuları bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur

“Azərbaycanın COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır”. 

“Respublika” xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. 

O bildirib ki, COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur. Danışıqların uğurlu nəticələnməsi mümkün həll yolları üzərində fəal iş aparılır.