XİN fransalı nazirin Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib
Siyasət

XİN fransalı nazirin Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib

Fransanın Avropa xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq "Dağlıq Qarabağ" şəklində Azərbaycanın daxilində "anklav" adlandırması Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə, eləcə bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa xarici işlər naziri Katrin Kolonanın "France Inter" ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavabında deyib.

"Fransa nazirinə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi tərkib hissəsidir. Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı "Laçın" sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Fransa tərəfi sülhə sabitliyə xidmət etməyən bu kimi təhrikçi təxribatçı fikirlərə son qoymalıdır", - deyə Ayxan Hacızadə əlavə edib.