Xocavənddə bərpa-quruculuq işləri geniş vüsət alır
Region

Xocavənddə bərpa-quruculuq işləri geniş vüsət alır

Qarabağın səfalı guşələrindən olan Xocavənd rayonu 26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni Hadrut rayonlarının bazası əsasında yaradılıbXocavənd rayonu 2 oktyabr 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, qüdrətli ordumuzun gücü, millətimizin əzmkarlığı ilə rayon 10 noyabr 2020-ci ildə işğaldan azad edildi. Hazırda Xocavənd üçtərəfli Bəyanatın şərtlərinə əsasən rus sülhməramlılarının nəzarəti altındadır.

Xocavəndin Hadrut qəsəbəsində tarixinin ən geniş bərpa yenidənqurma işləri sürətlə davam edir. Qəsəbədə təməli qoyulan yeni inzibati mərkəz qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Mərkəzə inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi infrastruktur qurumlarının binaları daxildir. Birinci mərhələdə 24 ədəd fərdi ev bərpa ediləcək. Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov bildirib ki, 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə 95 ev yenidən tikiləcək Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024- ilin martında başa çatdırılması planlaşdırılır. Rayonun Tuğ kəndində isə gələcəkdə turizm axınını təmin etmək məqsədilə yeni konsepsiya hazırlanıb. Tuğda da yeni layihələrin icrası aparılır. Layihədə üç istiqamət əsas götürülüb. Birincisi, Tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsidir. Layihənin birinci mərhələsində kəndin tarixi hissəsində ilkin turizm infrastrukturunun yaradılması yönündə  işlərə başlanılacaq. İnzibati zonanın ümumilikdə, ərazisi 1,63 hektar təşkil edir. Buraya inzibati bina, klub icma mərkəzi, mədəniyyət mərkəzi, restoran binası s. sosial obyektlər daxildir. Həmçinin sahəsi 1700 kvadratmetr olan yerüstü dayanacaq nəzərdə tutulub. Birinci mərhələdə bərpa edilən fərdi yaşayış evlərinin sayı 24, yeni tikiləcək fərdi yaşayış evlərinin sayı 95, növbəti mərhələdə tikiləcək fərdi yaşayış evlərinin sayı 244 olacaq. Daha sonra ərazidə 360 şagird yerlik tam orta məktəb, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, ticarət obyektləri, məscid, kilsə s. sosial obyektlərin tikintisi nəzərdə tutulub. Bundan əlavə, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu bərpa olunur. Ümumi uzunluğu 37.7 kilometr olan yolun 8.2 kilometrlik hissəsində artıq işlər tamamlanıb. Dörd hərəkət zolağından ibarət olan yolun üzərində dörd avtobus dayanacağı uzunluğu 79 metr olan körpü salınıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, gələn il Hadrut qəsəbəsi Tuğ kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva mayın 5- Xocavəndə səfər ediblər. Dövlətimizin başçısına birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin ilk yaşayış məhəlləsinin təməlini qoyub. Sonra Prezident birinci xanım Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Turizm Məlumat Mərkəzi barədə məlumat verilib. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, "Hadrut" qovşaq yarımstansiyasının Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarını edib.

Ümumilikdə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin tamamlanması 2025-ci ilin sonlarına planlaşdırılır.

Nuranə DAXİLQIZI,

"Respublika".