XXXI Ümumdünya Yay Universiadasında Azərbaycan rekord sayda idmançı ilə təmsil olunacaq
İdman

XXXI Ümumdünya Yay Universiadasında Azərbaycan rekord sayda idmançı ilə təmsil olunacaq

İyulun 28-dən avqustun 8-dək Çinin Çenqdu şəhərində keçiriləcək yarışın rəsmi gerisayımına bu gün start verilib. 9 iyun Gənclər və İdman Nazirliyindən bildirilir.

Qeyd edək ki, Azərbaycan bu yarışlarda əvvəlki illərlə müqayisədə rekord sayda – 103 idmançı ilə təmsil olunacaq. İdmançılarımız Universiadada kamandan oxatma, basketbol, atıcılıq, cüdo, tennis, bədii gimnastika, uşu, taekvondo, voleybol, badminton, stolüstü tennis, idman gimnastikası, atletika, üzgüçülük, qılıncoynatma və akademik avarçəkmə idman növlərində yarışacaqlar.

“Respublika”.